Bu il Ağdamda tütün məmulatlarının istehsalı müəssisəsi fəaliyyətə başlayacaq AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Ağdam, 1 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam Sənaye Parkında “Tabaterra” MMC-yə məxsus tütün məmulatlarının istehsalı müəssisəsinin fəaliyyətə başlaması bu ilin iyun ayında nəzərdə tutulub.
MMC-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müəssisə Ağdam Sənaye Parkının 5 hektar ərazisində yaradılır. Fabrikin fəaliyyətə başlaması yerli əhalinin işlə təmin olunmasında mühüm rol oynayacaq. Ümumilikdə 70 milyon manat təşkil edən investisiya layihəsi çərçivəsində 300 nəfər daimi işlə təmin ediləcək. Əməkdaşların yaşayışı üçün isə “Tabaterra” MMC tərəfindən Ağdam Rezidens kompleksində 208 mənzil alınıb.
Müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı həm də ixrac yönümlü olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 01 Yanvar 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















