Gələn il Ağdamda aqroşəhərcik fəaliyyətə başlayacaq
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Belarusun Ağdam rayonunun Qızıl Kəngərli kəndində inşa etdiyi aqroşəhərciyin 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Bu barədə "Report"un sualını cavablandıran Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.
Onun sözlərinə görə, layihə nəhəng aqroholdinqin yaradılmasını, heyvandarlığın, quşçuluğun və tərəvəzçiliyin inkişafını nəzərdə tutur.
"Bu, təkcə aqrosənaye deyil, həm də böyük yaşayış mərkəzi olacaq. Düşünürəm ki, o (aqroşəhərcik) Ağdam torpağını bəzəyəcək. Planlarımızda onun 2027-ci ildə fəaliyyətə başlaması var. Mən həmçinin bu istiqamətdə gələcəkdə yeni layihələrin həyata keçirilməsinə çox ümid edirəm", - diplomat qeyd edib.
Bu mövzuda digər xəbərlər:Fərhadın heykəli Ağdamda gələn il ucaldılacaq
22 Oktyabr 2025 17:10
Bu il Ağdamda tütün məmulatlarının istehsalı müəssisəsi fəaliyyətə başlayacaq AZƏRTAC
01 Yanvar 2025 13:06
Gələn il Qubada peşə hazırlığı mərkəzi fəaliyyətə başlayacaq
27 Noyabr 2024 12:48
Gələn il Şuşada peşə təhsili mərkəzi fəaliyyətə başlayacaq
30 İyul 2025 13:15
Baxış sayı:64
Bu xəbər 17 Aprel 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















