Bu il Azərbaycanda 31 min nikah, 15 min boşanma qeydə alınıb
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda nikahların sayı azalıb, boşanmaların səviyyəsində isə dəyişiklik qeydə alınmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Statistika Komitəsinin yaydığı məlumatda qeyd edilib.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 9 ayında 31 085 nikah və 15 030 boşanma halı qeydə alınıb.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,7-dən 4,0-a enib. Boşanmaların səviyyəsi isə dəyişməyərək 2,0 olaraq qalıb.
Nikaha daxilolma göstəricisi bir sıra iqtisadi rayonlarda ölkə üzrə orta göstəricidən (4,0) yüksək olub.
Belə ki, bu göstərici Şərqi Zəngəzurda 5,1, Qarabağda 4,7, Dağlıq Şirvanda 4,5, Quba-Xaçmazda 4,3, Bakı və Qazax-Tovuzda 4,2, Naxçıvan və Mərkəzi Aranda isə 4,1 təşkil edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 20 Noyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















