Bu il birgə maliyyələşmə proqramı üzrə 1500 dən çox şəxs işlə təmin edilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 5 noyabr, AZƏRTAC
Bu ilin 10 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı çərçivəsində 1504 şəxs işlə təmin olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, proqram üzrə cari ilin ötən dövründə daha 400-ə yaxın işəgötürənlə əməkdaşlığa başlanılıb və onlarla müqavilələr imzalanıb. Həmin müqavilələr üzrə əsasən sosial cəhətdən həssas qruplardan olanların məşğulluğu təmin edilib.
İşlə təmin olunanların hər biri ilə əmək müqaviləsi bağlanıb. Proqram əsasında işlə təmin edilmiş şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsini Dövlət Məşğulluq Agentliyi maliyyələşdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 05 Noyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















