Icma.az
close
up
RU
Mədəni irsdən dayanıqlı gələcəyə Azərbaycanın şəhərsalma və memarlıq strategiyası

Mədəni irsdən dayanıqlı gələcəyə Azərbaycanın şəhərsalma və memarlıq strategiyası

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Mədəniyyət, eləcə də mədəni irsimizin qorunması, mühafizəsi, inkişafı Ümummilli Lider Heydər Əliyevin ən önəm verdiyi, yüksək peşəkarlıq və siyasi iradə ilə yürütdüyü daxili siyasətinin bir parçası olmuş və bu ənənə Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq davam etdirilir.

Xalqımızın yaratdığı irs nümunələrini, zəngin tariximizi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək çox məsuliyyətli iş olmaqla yanaşı multidissiplinar yanaşmanı tələb edir. Bu işə hər kəs həssas yanaşmalı, istər dövlət, özəl qurumlar, istərsə də ümumi əhali səfərbər olmalı, irsimizi qorumaq və yaşatmaq bizim ən ümdə vəzifəmizə çevrilməlidir.

Bu gün Azərbaycan xalqının yaratdığı, zaman-zaman daha da inkişaf etdirdiyi 4 mədəni irs nümunəsi (Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçərişəhər, Qobustan Qaya Sənəti Mədəni Landşaftı və Şəki xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi, Xınalıq və Köç yolu landşaftı) və 1 təbiət irsimiz (Hirkan meşələri) UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Daha 10 tarix (7) və təbiət abidəmiz (3) UNESCO-nun İlkin İrs Siyahısına daxil edilib.

Tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır. Azərbaycan öz suverenliyini tam bərpa edib, hazırda isə regionun əsl və tarixi simasını geri qaytarmaq və keçmiş ruhunu dirçəltmək üçün tammiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Füsunkar və Əzəmətli Şuşa saysız-hesabsız mədəni tədbirlərə səhnə olmuşdur. Mədəniyyətin beşiyi olan Qarabağ tarixi sahiblərinə qovuşmuşdur. XII əsrin böyük Azərbaycan memarı və filosofu Memar Əcəminin dediyi kimi, “Biz gedərik, ancaq qalar ruzigar, biz ölərik əsər qalar yadigar”.

Prezident İlham Əliyevin birbaşa nəzarəti altında “Böyük Qayıdış” proqramı çərçivəsində burada həm infrastruktur, həm də sosial və ekoloji layihələr həyata keçirilir. Azərbaycan bu torpaqlarda ekoloji ədaləti bərpa etməyə və regionu yaşıl inkişaf mərkəzinə çevirməyə nail olub. Yəni Azərbaycan təkcə itirilmiş torpaqlarını deyil, həm də itirilmiş ekoloji dəyərlərini bərpa edir.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq ili” elan olunub. Bu sərəncam ölkəmizin daxili və xarici siyasətdə növbəti il üçün prioritet mövzusunu da özündə əks etdirir. Bu həm də dövlətin “Azərbaycan 2030: Sosial-iqtisadi İnkişaf üzrə Milli Prioritetlər” strategiyasına uyğun olaraq urbanizasiya, ekoloji təhlükəsizlik və davamlı inkişaf sahələrində beynəlxalq əlaqələrini gücləndirmək və qlobal proseslərə təsir etmək üçün yeni imkanlar açır.

Azərbaycan, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji zonası” kimi layihələri ilə dayanıqlı inkişaf gündəliyində qlobal liderliyə iddialıdır. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri şəhərsalma və memarlığın dövlət siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiqləyir. Şuşanın tarixi simasının bərpası milli iradənin, müasir yanaşmanın və tarixi məsuliyyətin vəhdətidir.

Ölkəmiz növbəti il BMT-in daha bir mötəbər tədbiri olan “Dünya Şəhərsalma Forumunun” 13-cü sessiyasına evsahibliyi edəcək. Beynəlxalq mötəbər tədbirlərə evsahibliyi Azərbaycanın xarici siyasətdə artan imicinə müsbət təsir göstərməklə yanaşı, diplomatik əlaqələrin də yeni formatda inkişafına imkan yaradır və beynəlxalq platformalarda mövqeyimizi daha da gücləndirir. Bu həm də dövlətin “Azərbaycan 2030: Sosial-iqtisadi İnkişaf üzrə Milli Prioritetlər” strategiyasına uyğun olaraq urbanizasiya, ekoloji təhlükəsizlik və davamlı inkişaf sahələrində beynəlxalq əlaqələrini gücləndirmək və qlobal proseslərə təsir etmək üçün yeni imkanlar açır.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın milli inkişaf strategiyasının, qlobal məsuliyyətinin və gələcəyə yönəlmiş baxışının ifadəsidir. Bu addım ölkəmizin dayanıqlı şəhərsalma, ekoloji tarazlıq, innovativ planlaşdırma və mədəni irsin qorunması sahələrində əldə etdiyi təcrübəni beynəlxalq müstəviyə çıxarmaq üçün mühüm platforma yaradır. Dünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi isə Azərbaycanın artıq qlobal urbanizasiya gündəliyinin formalaşmasında fəal iştirakçı və etibarlı tərəfdaş kimi çıxış etdiyini təsdiqləyir. Tarixi irsə söykənən, müasir çağırışlara cavab verən və gələcək nəsilləri hədəfləyən bu yanaşma göstərir ki, Azərbaycan üçün şəhərsalma və memarlıq sadəcə məkan quruculuğu deyil, milli kimliyin qorunması, sosial rifahın yüksəldilməsi və dayanıqlı gələcəyin təmin olunmasıdır.

Milli Məclisin deputatı

Pərvanə Vəliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Dekabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri