Icma.az
close
up
RU
“Bu il onlarla dövlət xəstəxanasında yeni xidmətlər istifadəyə verilib”

“Bu il onlarla dövlət xəstəxanasında yeni xidmətlər istifadəyə verilib”

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Cari il ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrində yeni xidmətlərin təşkili və mövcud xidmətlərin genişləndirilməsi istiqamətində ardıcıl, sistemli işlər görülüb. Yeni Klinikada fəaliyyətə başlayan Robotik Reabilitasiya Mərkəzinin maddi-texniki təminatı məqsədilə mərkəz müasir standartlara uyğun bir sıra robotik və funksional reabilitasiya avadanlıqları ilə təchiz edilib”.


Bakupost.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə məlumat verib. Bundan əlavə o qeyd edib ki, Yeni Klinikada 7 vətəndaşa orqan transplantasiya əməliyyatları həyata keçirilib:

“Xəstələrdən 5 nəfərə böyrək, 2 nəfərə isə qaraciyər transplantasiyası olunub. Qeyd olunan vətəndaşlar əməliyyatdan sonra da tərəfimizdən immunosupressiv dərman preparatları ilə mütəmadi təmin olunurlar”.

V.Qurbanov əlavə edib ki, eyni zamanda Kliniki Tibbi Mərkəzdə və Hacıqabul, Abşeron rayon mərkəzi xəstəxanalarında oftalmoloji əməliyyatların icrasına başlanılıb, Respublika Pediatriya Mərkəzinin tabeliyində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının tərkibində Yenidoğulmuşların patologiyası və Yenidoğulmuşların reanimasiyası şöbələri, Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi yaradılıb:

“Sabirabad, Astara, Qobustan rayon mərkəzi xəstəxanalarında, Pirallahı, Xəzər tibb mərkəzlərində Avastin inyeksiyaları icra olunur. Salyan Rayon Mərkəzi Xəstəxanasında uroloji əməliyyatların icrası təmin edilib. Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Travmatoloji Mərkəz yaradılıb və burada eyni zamanda damar cərrahiyyəsi əməliyyatları həyata keçirilir. Şirvan Şəhər Mərkəzi Xəstəxanasında kataraktanın FAKO üsulu ilə korreksiyası və intraokulyar linzanın implantasiyası əməliyyatlarına başlanılıb. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında beyin damarlarının angioqrafiyası icra olunur.

Kliniki Tibbi Mərkəz, Respublika Klinik Xəstəxanası və Sumqayıt, Sabunçu tibb mərkəzlərində də endoprotez əməliyyatları həyata keçirilir. Şəki Rayon Mərkəzi Xəstəxanasında endoskopiya müayinələrinin icrası təmin edilib.

İl ərzində ilkin, müvəqqəti dializ kateterlərinin qoyulması prosedurunu icra edən tibb müəssisələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilkin və qalıcı dializ kateterlərinin qoyulması icra olunur. Şəmkir, Masallı, Quba, Mingəçevir, Xətai, Nizami, Sumqayıt, Respublika Klinik Xəstəxanası, Respublika Kliniki Uroloji Xəstəxana və Mərkəzi Neftçilər Xəstəxanasında isə ilkin dializ kateterlərinin qoyulmasına başlanılıb”.

Aygün,

Bakupost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 Dekabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see235

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see217

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see210

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see199

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see195

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see184

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see183

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see171

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see165

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see151

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see149

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see146

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri