Icma.az
close
up
RU
Bu il partiyalara nə qədər pul ayrılıb? Sədrlər AÇIQLADI

Bu il partiyalara nə qədər pul ayrılıb? Sədrlər AÇIQLADI

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən “Siyasi partiyalar haqqında” qanuna və digər normativ hüquqi aktlara əsasən, Azərbaycan parlamentində nümayəndəsi olan siyasi partiyalar dövlət büdcəsi hesabına maliyyələşdirilir. Həmçinin, “Siyasi partiyalar haqqında” qanuna edilmiş son düzəlişlərə əsasən, artıq parlamentdə təmsil olunmayan müəyyən siyasi partiyalar da dövlət büdcəsindən maliyyə dəstəyi ala bilirlər.

Modern.az mövzuyla əlaqədar olaraq məlumat əldə etmək üçün parlamentdə təmsil olunmayan siyasi partiya rəhbərləri arasında sorğu keçirib.

Ağ Partiya sədri Tural Abbaslı saytımıza açıqlamasında bildirib ki, əldə olunan dövlət yardımı ümumilikdə simvolik xarakter daşıyır. Onun sözlərinə görə, AĞ Partiya sonuncu parlament seçkilərində parlamentə düşməyən partiyalar arasında ən çox səs toplayan ikinci partiya olub:

“Bu nəticəyə əsasən, cari ildə maliyyələşməyə haqq qazanan partiyalardan biri də biz idik. Hesablamalara görə, ay ərzində təxminən 3000-3500 manat həcmində maliyyə vəsaiti ayrılmalı idi.

Lakin qanunvericiliyə əsasən, parlamentdə təmsil olunmayan partiyalara dövlət tərəfindən verilən vəsait onların topladığı üzvlük haqları və ianələrin cəminin iki mislindən artıq ola bilməz. AĞ Partiyası ötən il bu baxımdan kifayət qədər üzvlük haqqı və ianə toplamadığı üçün, qanunvericiliyə uyğun olaraq, bizə nəzərdə tutulan maliyyə vəsaiti bu il ayrılmadı. Nəticədə, bu il üçün AĞ Partiyasına dövlət tərəfindən 0 AZN maliyyə yardımı ayrılıb”.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli də öz növbəsində bildirib ki, bu il partiyaya yalnız yanvar ayında 1100 manat vəsait köçürülüb:

“Qanuna əsasən, partiyanın əvvəlki ildəki rəsmi xərclərinin iki mislindən artıq maliyyə yardımı ala bilməsi mümkün deyil. Əvvəlki il çox cüzi rəsmi xərclər olduğundan, bu il üçün faktiki olaraq maliyyələşmə təmin olunmayıb”.

Müsavat Partiyasının sədri Arif Hacılı söyləyib ki, partiyanın fəaliyyəti üçün bu il ayda təxminən 3000 manata yaxın dövlət vəsaiti ayrılıb.

Azad Vətən Partiyasının rəhbəri Akif Nağı da cari ildə partiyaya maliyyə yardımı ayrıldığını deyib:

“Ötən ildə hesabda maliyyə hərəkətliliyi mövcud olduğundan, qanunvericiliyə əsasən partiyanın fəaliyyətinə illik 7000 manat vəsait ayrılıb. Bu isə aylıq olaraq təxminən 583 manata bərabərdir. Ayrılmış vəsait əsasən dəftərxana, kirayə və kommunal xərclərin ödənilməsinə yönəldilir”,- deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Sentyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri