Icma.az
close
up
RU
Daha hansı partiyaların maliyyəsi kəsildi? Sədrlər danışdı

Daha hansı partiyaların maliyyəsi kəsildi? Sədrlər danışdı

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Ağ Partiya və Azərbaycan Xalq Partiyasına (AXP) dövlət tərəfindən ayrılan maliyyə vəsaiti kəsilib.

Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn bunun səbəbini təqdim edilən maliyyə hesabatında müəyyən uyğunsuzluqların olması ilə əsaslandırıb.
Tural Abbaslının sədri olduğu Ağ Partiyanın sözçüsü Cavanşir Abbaslının sözlərinə görə isə buna səbəb yeni qanunda olan çətinliklərdir.

Digər partiyalarda vəziyyət necədir? Ümumiyyətlə, ayrılan vəsaitlər partiyaları qane edirmi?

Azad Vətən Partiyasının sədri Akif Nağı Globalinfo.az-a açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən, siyasi partiyalar dövlət büdcəsindən ayrılan maliyyə vəsaitindən yararlanırlar. Lakin bu vəsaitin məbləği də, ona çatmaq üçün nəzərdə tutulan prosedurlar da bir sıra problemlər yaradır:

“Partiyamıza ümumilikdə illik 7 min manat ayrılıb. Aylıq hesablamada bu, təxminən 583 manata bərabərdir. Bu, çox aşağı məbləğdir və partiyanın fəaliyyətini təmin etməkdə yetərli deyil. Üstəlik, bu vəsaitin alınması ilə bağlı prosedurlar da kifayət qədər mürəkkəbdir”.

Partiya sədri qeyd edib ki, xüsusilə parlament seçkilərində iştirak edən, lakin mandat ala bilməyən partiyalar üçün maliyyə mexanizminə yenidən baxılmalıdır:

“Seçkilərdə iştirak etdiyi halda deputat seçilməyən partiyalara münasibətdə müəyyən dəyişikliklər edilməlidir. Həmçinin, ayrılan vəsaitin hesablara köçürülməsi zamanı bir sıra məhdudiyyətlər mövcuddur. Bu məhdudiyyətlərin aradan qaldırılması məqsədəuyğun olar”.

Akif Nağı əlavə edib ki, bəzi tələbləri tam yerinə yetirə bilmədiklərinə görə partiyaya ilkin mərhələdə nəzərdə tutulan 15 min manat əvəzinə yalnız 7 min manatlıq maliyyə yardımı ayrılıb.

Taleh Əliyev

Ümid Partiyasının sədr müavini Taleh Əliyev açıqlamasında bildirib ki, Azərbaycanda qüvvədə olan qanunvericiliyə əsasən, parlamentdə təmsil olunmayan, lakin seçkilərdə iştirak edən siyasi partiyalara dövlət büdcəsindən maliyyə dəstəyi ayrılmalıdır. Lakin bu mexanizmin tətbiqində ciddi boşluqlar müşahidə olunur:

“Ümid Partiyası hal-hazırda parlamentdə təmsil olunmur və bu səbəbdən dövlət tərəfindən ayrılan maliyyə vəsaitindən faydalana bilməyib. Halbuki qanunvericiliyə əsasən, seçkilərdə iştirak edən partiyalar arasında dövlət büdcəsindən ayrılan vəsaitin 2,5 faizi bölüşdürülməlidir”.

Taleh Əliyev əlavə edib ki, bu bölgü ilə bağlı nə Maliyyə Nazirliyindən, nə də Mərkəzi Seçki Komissiyasından Ümid Partiyasına hər hansı yazılı və ya şifahi məlumat verilməyib:

“Qanunda nəzərdə tutulmasına baxmayaraq, həmin vəsaitin necə bölündüyü, hansı şərtlərlə verildiyi barədə bizə rəsmi heç bir açıqlama təqdim olunmayıb”.

Ağasif Şakiroğlu

Globalinfo.az-a danışan Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib ki, vergi ödəyən vətəndaşlar müxtəlif siyasi baxışlara malik olduqlarına görə, onların ideoloji təmsilçiliyinin də dövlət büdcəsində nəzərə alınması vacibdir:

“Dövlət büdcəsi vətəndaşların ödədiyi vergilər hesabına formalaşır. Həmin vergi ödəyicilərinin arasında müxtəlif siyasi partiyaların üzvləri və tərəfdarları da var. Bu baxımdan, dövlət büdcəsindən ayrılan vəsaitlərin ideoloji planda balanslı şəkildə bölüşdürülməsi zəruridir”.

Partiya sədri qeyd edib ki, siyasi partiyalara dövlət büdcəsindən vəsait ayrılması qanunvericiliklə tənzimlənir və bu prinsip ümumilikdə müsbət dəyərləndirilməlidir:
“Əlbəttə, hər qanunda müəyyən boşluqlar ola bilər, bu da normaldır. Lakin mövcud sistemdə dövlət büdcəsindən ayrılan vəsaitin 95 faizi parlamentdə təmsil olunan partiyalara, yalnız 5 faizi isə digər partiyalara ayrılır. Bu, balansın pozulmasına səbəb olur. Hesab edirəm ki, bu nisbət yenidən nəzərdən keçirilməli, məsələn, 80-20 faiz formatında tənzimlənməlidir”.

Ağasif Şakiroğlu əlavə edib ki, Gələcək Azərbaycan Partiyası texniki səbəblərdən həmin 5 faizlik dəstəkdən də yararlana bilməyib:

“Bir siyasi partiyanın fəaliyyətdə qalması və təşkilatlanması üçün aylıq minimum 5-6 min manat vəsait tələb olunur. Bu məbləğ partiyanın yalnız yaşaması üçün kifayətdir, inkişafdan söhbət belə gedə bilməz. Əgər dövlət dəstəyi 20 min manata qədər artırılarsa, o zaman partiyaların strukturlaşması və fəaliyyət istiqamətində real inkişaf mümkündür”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 May 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri