Bu ilin 11 ayı ərzində özəl tibb müəssisələrinə 248.6 milyon manat məbləğində ödəniş olunub AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 17 dekabr, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 179-a çatıb.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin 2024-cü ilin yekunları ilə bağlı dekabrın 17-də keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu göstəricilər sığorta çərçivəsində özəl xəstəxanalarda da tibbi xidmətlərə əlçatanlığın təmin edildiyini təsdiqləyir: “Özəl tibb müəssisələrində həyata keçirilən cərrahi əməliyyat sayı 30 faiz, göndəriş sayı isə 12 faiz artaraq müvafiq olaraq 167 mini və 304 mini keçib. 2024-cü ilin 11 ayı ərzində 248.6 milyon manat məbləğində özəl tibb müəssisələrinə ödəniş olunub”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 17 Dekabr 2024 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















