Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasının növbəti iclası keçirilib
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasının növbəti iclası baş tutub.
525.az xəbər verir ki, toplantı zamanı baş katibi Rəşad Məmmədov Assosiasiyanın 2026-cı il üçün qarşıda duran vəzifələrlə bağlı təqdimatını nümayiş etdirib.
Daha sonra Assosiasiyanın sədri Şaiq Qəribzadə son dövrlər poçt və logistika sahəsində baş verən dəyişikliklər, bazarda müşahidə olunan yeni tendensiyalar, eləcə də sektorun potensial inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.
İclasda Assosiasiyaya üzv olan Azərbaycanın aparıcı kargo şirkətlərinin – “Starex”, “Limak”, “Demir Cargo”, “United Logistic Group”a daxil olan “Expargo”, “Morex”, “Kango”, “166”, “Findex”in nümayəndələri və Sabir Niftəliyev çıxış ediblər. Ümumilikdə toplantıda poçt və kargo sahəsində mövcud problemlər, dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsi, həmçinin baş verən proseslərə daha çevik reaksiya verilməsi üçün yeni prosedurların tətbiqi məsələləri müzakirə olunub.
Qeyd edək ki, təşkilatın təssisçiləri – “UPS-Az”, “Dərhal LTD”, “Azeri Express” və “Ase Asya Afrika Hızlı Karqo və Dağıtım” şirkətlərinin rəhbərləri də toplantıda iştirak edib, ümumi fikir mübadiləsi zamanı növbəti il üçün illik plan hazırlanıb bunun üzərində işlənilməsi qərarı verilib.
Qeyd edək ki, Assosiasiyaya üzv olan şirkətlər ölkəyə beynəlxalq alış-veriş platformaları vasitəsilə gətirilən bağlamaların təxminən 90 faizini daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 15 Dekabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















