Icma.az
close
up
RU
Bu ilin turizm mövsümü necə yadda qaldı? AÇIQLAMA

Bu ilin turizm mövsümü necə yadda qaldı? AÇIQLAMA

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Yay mövsümü geridə qaldı. Mövsümün yekunları həm sevindirici məqamları, həm də həllini gözləyən məsələləri üzə çıxardı.

Bəs bu ilin turizm mövsümü ötən illərlə müqayisədə necə yadda qaldı?

Mövzu ilə bağlı Ölkə.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirdi ki, bu ilin turizm mövsümü əslində əvvəlki illərlə müqayisədə nisbətən çox da dinamik olmadı.

Onun sözlərinə görə, ölkədaxili turistlərin hərəkəti müşahidə olunsa da, ölkə xaricindən Azərbaycana gələn turistlərin sayında azalma var:

"Onlayn satış portallarının məlumatlarına əsasən, əvvəlki illə müqayisədə təxminən 40 faizlik geriləmə qeydə alınıb. Lakin ölkədaxili aktivlik olduğuna görə, regiondakı hotellər məhz vətəndaşlarımızın səyahətləri nəticəsində doluluğunu qoruya bildi.

Eyni zamanda, Həmkarlar İttifaqının son illərdə daha aktiv fəaliyyət göstərməsi, bu prosesə qoşulan hotellərin sayının və əhalinin sayının artması vətəndaşlarımızın ölkə daxilində hərəkətini və aktivliyini daha da artırmış oldu. Lakin xaricdən Azərbaycana gələn turistlərin sayı ümumi olaraq bu il daha az oldu və xüsusən yay mövsümündə qonşu ölkələrdəki olan gərginliklər, müharibə şəraiti və s. Azərbaycana gələn turistlərin sayına da öz təsirini göstərdi və keçən illə müqayisədə biz daha az əcnəbi vətəndaşın ölkəmizə gəldiyinin şahidi olduq.

Əlbəttə ki, regionda sabitlik və təhlükəsizlik əsas şərtlərdəndir və bu, tam təmin olunmalıdır. Azərbaycana turist axınını artırmaq üçün ən vacib amillərdən biri isə ölkəyə gediş-gəlişin daha əlverişli olmasıdır. Xüsusilə həm rahatlıq, həm də qiymət baxımından əlverişli şəraitin yaradılması turistlərin ölkəmizi seçməsinə səbəb olacaq. Ümumiyyətlə, hazırda Azərbaycandakı hotel, restoran və digər xidmətlərin qiymətləri qonşu ölkələrlə müqayisədə kifayət qədər münasib hesab olunur. Lakin ölkəyə gediş-gəliş xərcləri, xüsusən quru sərhədlərin bağlı olması fonunda, hələ də yüksək olaraq qalır".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Sentyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri