Icma.az
close
up
RU
Ötən teatr mövsümü nələrlə yadda qaldı?

Ötən teatr mövsümü nələrlə yadda qaldı?

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Daha bir teatr mövsümünün sonuna gəldik. Bu dövr bir sıra hadisələrlə əlamətdar oldu. Teatr səhnəmizdə kifayət qədər anşlaqla keçən tamaşalar izlədik. Ən əsası, bu mövsüm bir daha əmin oldum ki, Azərbaycan teatrlarında tamaşaçı problemı hazırda o qədər də aktual deyil.

Bir neçə teatrımıza ötən mövsümün necə keçməsinə dair sual ünvanladıq. Bu da aldığımız cavablar.

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallının sözlərinə görə, son üç ildə tamaşaçı sayında ciddi artım var: "Bu fərq özünü həm Azərbaycan, həm də dünya dramaturgiyasına aid nümunələrdə göstərir. Ötən mövsüm də bunu hiss etdik. Sevindirici haldır ki, tamaşalarımızın əksəriyyəti böyük maraqla qarşılandı.

Biz tamaşaçıların görüşünə yeni səhnə əsərləri, premyeralarla gəldik. Son ictimai baxışımız isə Elçin Əfəndiyevin "Baş" tamaşası olub. Hazırda isə Ərşad Ələkbərov Cəfər Cabbarlının eyniadlı əsəri əsasında "Aydın" tamaşasını hazırlayır. Ayın 21-də bu tamaşaya ictimai baxış olacaq.

Bizim beynəlxalq əlaqələrlə bağlı da çox ciddi planlarımız var. Teatrımız beynəlxalq əlaqələrə çox böyük əhəmiyyət verir. Bu məqsədlə bir sıra xarici teatrlarla əməkdaşlıq Memorandumu imzalanıb. Memoranduma qastrol səfərlərinin, dəyirmi masaların, konfransların və ustad dərslərinin təşkili daxildir. Sadalanan istiqamətlər üzrə ötən mövsümdə bir sıra işlər həyata keçirilib.

Bildiyiniz kimi, cənab Prezidentin sərəncamı əsasında iki böyük xadimimizin - Maqsud İbrahimbəyov və Bəxtiyar Vahabzadənin bu il yubileyi qeyd olunacaq. İlin sonuna kimi hər iki xadimimizin yaradıcılığından seçilən əsərlər əsasında tamaşa təhvil verəcəyik. Sentyabrda isə "Aydın" və "Baş" tamaşasının premyerası nəzərdə tutulub".

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova bildirdi ki, ötən mövsüm bir sıra yeniliklərlə yadda qalıb: "Palata", "Killerdən teleqram","İnanıram", "Əliqulu bu gün evlənir", "Evdə tək", "Qorxma mən səninləyəm" Azərbaycan Dövlət Akademik Musiqili Teatrının  115-ci mövsümündə premyeraları olan tamaşalardır. Həmçinin bu mövsüm ilk dəfə "Arşın mal alan" rus dilində tamaşaya qoyulub. Bu il teatrımız bir sıra festivallarda iştirak edib, qostrol səfərlərində olub. Bir çox tamaşalarımız anşlaqla keçib. Onların içərisində "Paris Notr-Dam kilsəsi" başda olmaqla "Arşın mal alan" və "O olmasın, bu olsun" tamaşalarının adını qeyd edə bilərəm".

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəfin sözlərinə görə, bu mövsüm teatr bir-birindən maraqlı tamaşalar təqdim edib: "97-ci teatr mövsümündə ilk tamaşalarından biri Şövqi Hüseynovun təqdimatında "Mən Feyerbaxam" oldu. Daha sonra Pərvin Nurəliyevanın yazdığı "CırtdaNino" tamaşası hazırlandı. Bu tamaşa fərqli yozumda - nağıl və fantastika janrında təqdim olundu. İlin sonunda isə  "Madaqaskarlı dostların Yeni il sərgüzəştləri" təhvil verildi. Bu ilin əvvəlində isə "Düyməcik" tamaşası səhnəyə qoyuldu.

İyul ayında isə "Art studiya"da Səbinə Məmmədzadənin quruluşunda "Solğun çiçəklər" tamaşası təqdim edildi. Bundan öncə də "Art studiya"da "Sabahı görməyənlər" hazırlanmışdı. Bu mövsümün sonunda isə Nicat Kazımovun quruluşunda İlqar Fəhminin pyesi əsasında hazırlanan "Şah Abbas Namə" təqdim olundu. Ümumilikdə isə 97-ci mövsümdə 7 tamaşa təhvil vermişik. Həmçinin teatrımız bir sıra festivallarda iştirak edib. Bu mövsüm teatrımızda tamaşaçı qıtlığı da da olmayıb".

Sumqayıt Dövlət Dram Teatrının mətbuat katibi Turan Etibaroğlu bildirdi ki, bu mövsümdə bir-birindən fərqli janrlarda və auditoriyalara ünvanlanan yeni tamaşalar teatr repertuarını zənginləşdirib: "Sehrin gücü", "Varlı ev", "Sehrli Yaylıq","İppı və dostları", "Qaravəlli", "Ölməz" tamaşaları təhvil verilib.

Teatr mövsümünün sonunda isə "Heç kim unudulmur, heç nə yaddan çıxmır!" layihəsi çərçivəsində hazırlanmış "Ölməz" adlı tamaşa təqdim edilib. Bu səhnə əsəri Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun igidliyinə həsr olunub və Xalq artisti Firudin Məhərrəmovun rejissorluğu ilə ərsəyə gəlib.

Sumqayıt hər zaman teatral ruhu olan şəhər kimi fərqlənib. Bu gün də müxtəlif yaş qruplarından olan tamaşaçılar - məktəblilər, gənclər və böyüklər - teatra maraq göstərirlər. Teatrın sosial şəbəkələrdəki aktivliyi, yerli informasiya portalları və şəhər monitorları vasitəsilə məlumatlandırma işi tamaşaçı ilə daha sıx ünsiyyət yaratmağa imkan verib".

Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmovanın sözlərinə görə, ötən mövsüm teatrın festival gündəliyi zəngin olub: "İlk olaraq Türkiyədə IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalında iştirak etmişik. Teatrın heyəti aprelin 21-dən 26-dək Türkiyədə səfərdə olub və bu  çərçivədə tamaşaçılara "Cırtdanın Türkiyə macəraları" adlı tamaşa-konsert təqdim edilib. Kuklaçılar  20-26 may 2025-ci il tarixlərində qardaş ölkə Qazaxıstanın Almatı şəhərində "Orteke" VII Beynəlxalq Kukla Teatrları Festivalında "Melisa" tamaşası ilə çıxış edərək Qazaxıstan mədəniyyət və informasiya nazirinin xüsusi təşəkkürnaməsinə layiq görülüblər.

Təmsilçilərimiz 10-16 iyun tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən II Beynəlxalq "DEMMENİFEST - 2025" Kukla Teatrları Festivalında da uğurlu çıxışla yadda qalıblar.

Daxili qastrol proqramı çərçivəsində Göyçay, İsmayıllı, Lənkəran şəhərlərinə qastrol proqramlarını reallaşdırdıq.

Onu da  deyim ki, bir teatr təşkilatı olaraq işğaldan azad olunan, böyük köçün qayıtdığı torpaqlarımızın balaca sakinləri qarşısında teatr kollektivi kimi ilk çıxış da biz kuklaçıların payına düşdü.

Beləcə Zəngilan, Laçın, Şuşanın ardınca Füzuli və Ağdam şəhərlərində də fərqli tamaşa-konsert proqramları ilə çıxışlar etdik.

Həmçinin 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə öz səhnəmizlə yanaşı, səyyar olaraq bölgələrdə və paytaxtda sosial aksiyalarımız geniş vüsət aldı.

Bu mövsümdə Gürcüstan və Özbəkistan kukla teatrları ilə əməkdaşlıq haqqında yeni mərhələyə qədəm qoymuşuq. Teatr-tamaşa müəssisəsi kimi tamaşa planımızı bu mövsümdə də artıqlaması ilə yerinə yetirmişik. Azərbaycan Dövlət Kukla Teatrının 93-cü mövsümündə plan və plandankənar olmaqla 7 yeni səhnə əsəri - "Nənəmin aş qazanı", "Şaxta baba haradadır?", "Yalquzaq", "Bir dəfə Şamaxı xanlığında", "Leylək və Müqəvva", "Sirli dolça" və "İnnab ağacı" tamaşaları balaca teatrsevərlərin ixtiyarına verildi. İlin sonunadək daha üç səhnə əsəri hazırlanacaq".

Sonda isə şəxsi müşahidələrimi sizinlə bölüşmək istəyirəm. Bu mövsüm bacardığım qədər premyeraları qaçırmamağa, mütəmadi olaraq tamaşalara getməyə çalışdım. Sevindirici məqam odur ki, teatr divarlarının arasında yeni simalar görüb, yeni səslər eşitdim. Gənclərin müasir dövrün texnoloji trendlərini bir kənara qoyub, klassik teatr sənətində özünü realizə etmək cəhdi təqdirəlayiqdir.

Milli Gənc Tamaşaçılar Teatrı 97-ci mövsümünü "Müsyo Jordan və Dərviş Məstəli şah" tamaşası ilə yekunlaşdırdı. Xalq artisti Cənnət Səlimovanın quruluşunda təqdim olunan Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri illərdir oynanılmasına baxmayaraq, yenə də böyük maraqla qarşılandı. Tamaşada bir sıra gənc aktyorlara şans verilməsi sevindiricidir. Onların içərisində məhz bu tamaşada kəşf etdiyim gənclər oldu. Baş rol ifaçısı Aygün Fətullayevanın adını isə xüsusilə qeyd etmək istəyirəm. Əgər potensialından yetəri qədər istifadə edə bilsə, gənc aktrisamızın gələcəkdə bir çox uğurlu işlərə imza atacağına inanıram.

Mövsüm ərzində ən çox sevdiyim və sonadək böyük maraqla izlədiyim tamaşa isə "Xanuma" oldu. Avksenti Saqarelinin "Xanuma" pyesi əsasında Mikayıl Mikayılovun quruluşunda təqdim olunan eyniadlı tamaşa Akademik Milli Dram Teatrının səhnəsini bu mövsüm də bəzədi. Təbii ki, "Xanuma"dan danışarkən, Xalq artisti Bəsti Cəfərovanın adını çəkməsək, olmaz. Bütün tamaşa boyu ağlımda yalnız bir sual fırlanıb: 66 yaşında Bəsti xanım bu cür qıvraq rolun öhdəsindən necə belə məharətlə gəlir? Bəsti Cəfərova yaradıcılığı "Aktyoru səhnə yaşadır" ifadəsinin canlı sübutudur.

Növbəti teatr mövsümündə görüşənədək...

Aytac SAHƏD

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://525.az
archiveBu xəbər 21 İyul 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see226

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see224

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see224

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see223

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see217

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see212

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see207

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see203

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see189

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see188

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see186

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see184

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see178

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see174

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see171

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see171

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see170

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see168

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see167

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri