Icma.az
close
up
RU
Builki yay turizm mövsümü nə ilə yadda qaldı? Turizm eksperti

Builki yay turizm mövsümü nə ilə yadda qaldı? Turizm eksperti

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İlin ilk yarısında Aəzrbaycana 1 milyondan çox turistin səfər etdiyi, bu rəqəmlərin isə ilin sonuna qədər 3 milyon nəfərə qədər artacağı proqnazlaşdırılıb. 2025-ci ilin sona çatmasına isə artıq bir neçə ay qalıb. Bu həm də ölkədə yay turizm mövsümünin bitməsi deməkdir. 

Bəs builki yay turizm mövsümü nə ilə yadda qalıb? 

Qaynarinfo-nun suallarını cavablayan turizm eksperti Əziz Şiriyev bildirib ki, 2025-ci il yay turizm mövsümü çox gözəl bitib:

"Bu il ölkəyə gələn xarici turistlərin sayı əvvəlki illərlə müqayisədə artıb. Daxili turizmə maraq da yüksəlib, regionlara turistlərin səfərləri artıb”. 

Ekspert hesab edir ki, payız mövsümündə də bu dinamika davam edəcək və turizm sektoru üçün sabit gəlir mənbəyi formalaşacaq, çünki turizmdə getdikcə mövsümilik azalır:

"Əvvəllər biz daha çox yay turizmi və onun inkişafı üzərində çalışırdıq.  Mövsümiliyi aradan qaldırmaq üçün müxtəlif planlar həyata keçirilməyə başlanıldı. Ölkəmizdə qış turizmi inkişaf etməyə başladı. Qış turizmi üçün komplekslər fəaliyyətə başladı. Qəbələdə Tufandağ, Qusarda Şahdağ, Naxçıvanda Şahbuz rayonunun ərazisində Ağbulaq kimi qış-yay turizm kompleksləri fəaliyyət göstərməyə başladı. Bu da qış turizminin inkişafına bir başa töhvə verdi”. 


Əziz Şiriyev bildirib ki, turizmdə mövsümiliyin aradan qaldırılmasına, inkişaf etdirilməsinə ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlər də böyük təkan verib:

"Ardıcıl olaraq həyata keçirilən beynəlxalq tədbirlər birbaşa tuzimin inkişafına səbəb olur. 2012-ci ildən - "Avroviziya” Mahnı Müsabiqəsindən başlayaraq, Formula-1, COP29, MDB Oyunları, Cüdo üzrə Dünya Çempionatı, Minifutbol üzrə Dünya Çempionatı kimi beynəlxalq səviyyəli tədbirlər, 44 günlük zəfər tariximiz həm hərbi, həm iqtisadi, həm turizm kimi sahələrin inkişafına birbaşa təkan verdi və dünyada ölkəmizin nüfuzunun artmasına müsbət təsir göstərdi. 

Turistlər otel xidmətindən, ticarət mərkəzlərindən, nəqliyyatdan, restoran, bələdçi xidmətlərindən istifadə etdilər ki, bu da ölkəmizin iqitsadiyyatına, turizm sahəsinin çiçəklənməsinə töhvə verir”. 

Aəzrbaycanın aqroturizm potensialı haqqında da danışan Əziz Şiriyev bildirib ki, qeyri-mövsimi vaxtlarda bölgələrdə müxtəlif festivalların keçirilməsi də həm regionda yaşayanların istehsal etdiyi məhsulların bazara çıxışına, aqroturizmin inkişafına səbəbdir:

"Biz bu gün regionlarda aqro sahibkarlarla görüşüb, təlimlər keçirərək aqroturizmin inkişaf etdirilməsinə çalışırıq ki, onlar məşğul olduqları sahələrdə estetik gözəllik də yaradaraq turist cəlb edə bilsinlər. Məsələn, sitrus bağlarına təşkil edilən müxtəlif turistik səfərlər qeyri-turizm mövsümündə də turizmin inkişafına təkan verə bilir”.


Günay İlqarqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri