Bu, inanılmaz uğurdur Pep Qvardiola
Fanat saytına istinadən Icma.az xəbər verir.
İngiltərə Kubokunun 1/4 finalında "Bornmut"u 2:1 hesabı ilə yenərək ardıcıl 7-ci dəfə turnurin yarımfinalına yüksələn "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, ispaniyalı çalışdırıcının dünən baş tutan matçdan sonra dediklərini "şəhərlilər"in rəsmi saytı belə çatdırıb:
"Bu, inanılmaz uğurdur. Bilirsiniz ki, bu, elə də asan deyil. Biz şəxsi rekordumuzu yenilədik. Maşın kimi işləmişik... Cari mövsüm çox oyun keçirsək də, hələ hər şey irəlidədir.
Rəqibin öhdəsindən gəldik. Oyunun nəbzini tam şəkildə tutduq və uğura imza atdıq. Uşaqlar da bilirlər ki, bu nailiyyət vacib idi. Mövsümün sonunadək diqqətimizi oyunlarımıza yönəldəcəyik. "Mançester Siti" gələcəkdə də belə oynayacaq".
Qeyd edək ki, MS yarımfinalda "Nottingem Forest"lə üz-üzə gələcək.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 31 Mart 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















