Zelenski Krım körpüsünə hücumun detallarını açıqlayıb
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Krım körpüsünə hücumun bir neçə həftə davam edən əməliyyatın yeddinci mərhələsi olduğunu bildirib.
Modern.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, əməliyyat Ukrayna Təhlükəsizlik Xidməti və Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən hazırlanıb və əlaqələndirilib.
O bildirib ki, əsas hədəfə gedən istiqamətdə hava hücumundan müdafiə sistemləri, radarlar, radioelektron mübarizə vasitələri və digər müəyyənləşdirilmiş obyektlər mərhələli şəkildə məhv edilib.
Zelenskinin iddiasına görə, hücum zamanı “Palyanitsa” pilotsuz uçuş aparatları körpünün avtomobil hissəsini, “Neptun” raketləri, “Ruta” dronları və FP-5 “Flaminqo” isə dəmir yolu hissəsini vurub.
Ukrayna Prezidenti “Flaminqo” vasitəsilə zərbənin idarəolunan şəkildə həyata keçirildiyini və rabitənin son saniyələrədək işlədiyini bildirib.
Onun açıqlamasına əsasən, əməliyyatın müxtəlif mərhələlərində “Dovbush”, “Vendetta”, “Da Vinci”, “Siçen”, MICH 2000, “Ruta”, “Palyanitsa”, An-197, FP-1, FP-5 “Flaminqo” və R-360 “Neptun” sistemlərindən istifadə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 17 Noyabr 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















