Icma.az
close
up
RU
Bu, informasiya müharibəsində bizə bir işarədir Tural Məmmədov

Bu, informasiya müharibəsində bizə bir işarədir Tural Məmmədov

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Bu gün The Ritz-Carlton otelində "Proxima Cyber Security" tərəfindən təşkil edilən “Kibertəhlükəsizlik Günü” keçirilir. Tədbirin çərçivəsində kibertəhlükəsizlik üzrə strateji mövzuların müzakirəsi, eləcə də texniki sessiyaların və seminarların keçirilməsini nəzərdə tutulub.

"Unikal"ın məlumatına görə, açılış nitqi ilə çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov qonaqları salamlayaraq, qeyd edib ki, "Proxima" kimi böyük potensiala malik olan şirkətlər qarşılarına qoyacaqları məqsədlərdən biri də məhz yerli məhsulların yaradılması ilə rəqəmsal suverenliyimizə dəstək olmasıdır.

“Qeyd etmək istəyirəm ki, bu həmdə ölkə Prezidentinin İnformasiya Təhlükəsizliyi ilə bağlı imzaladığı Strategiya ilə də qarşımıza qoyduğu əsas tapşırıqlardan biridir. Yerli məhsulların yaradılması və rəqəmsal suverenliyin vacibliyini 2 gün öncəki insidentdən də hiss elədik. 9000-dən çox ölkə saytının fəaliyyətinin dayanmasına bir “Cloudflare” məsələsi kimi baxmaq yalnış olardı. Bu xüsusən də özəl sektorun xaricdən asılılığına bariz nümunə idi. ⁠Fəaliyyəti dayanan resursların içində media resurslarının da xüsusi çəkisinin olması bizi informasiya müharibəsinə hazırlıq səviyyəmizi də diqqətdə saxlamalı olduğumuza bir işarədir. Aydındır ki, lokal mühafizə həlləri ucuz başa gəlmir.

Lakin dövlətimizin apardığı uğurlu siyasətin davamı olaraq bizim də həyata keçirdiyimiz informasiya təhlükəsizliyi siyasətində lokal həllərə üstünlük vermək və mühafizəni maksimal şəkildə lokal təmin etmək bizim prioritet istiqamətlərimizdəndir. Son 3 ildə bir sıra dövlət qurumlarında istifadə edilən “CloudFlare” kimi trafikin xaricə daşınması halı tərəfimizdən dayandırılmış və mühafizəsi AzStateNet üzərindən təmin edilmişdir. Ümumilikdə isə son 3 ildə 457 dövlət obyektinin şəbəkə təminatı AzstateNet üzərinə keçirilərək lokal mühafizəsi təmin edilmişdir. Həyata keçirdiyimiz sözügedən mühafizə siyasəti sadəcə internet informasiya ehtiyatları ilə bağlı deyil, bu yanaşma eyni zamanda xüsusi dövlət rabitəsində də şamil olunur. Belə ki, bu gün qlobal internetə çıxışda ölkəmizdə problem yaşamış olsa əgər bütün dövlət informasiya ehtiyatları lokal olaraq fəaliyyətlərini davam etdirəcək. Eyni zamanda bütün güc strukturlarını və kritik infrastrukturları təmin etdiyimiz xüsusi radiorabitə vasitələrimiz heç bir mobil şəbəkədən asılı olmadan tam funksional bütün ölkə ərazində fəaliyyət göstərməkdədir. Bununla yanaşı dövlət qurumlarına verdiyimiz TİMS tətbiqi də “Whatsapp” kimi aplikasiyalara alternativ kimi dövlət qurumlarında aktiv istifadə olunmaqda və xarici asılılığı minimuma endirməkdədir. Təbii ki, sadaladıqlarım həm görülən işlərin bir qismi, həm də hələdə görülməsi lazım olacaq işlərin çox az bir hissəsidir. Buradan bir daha bildirmək istəyirəm ki, yerli şirkətlərin inkişafı sadəcə onlara təsir etmir, bu həm ekosistemin inkişafına təkan verir, eləcə də bizim də dövlət qurumlarının təhlükəsizliyi üçün atacağımız bütün addımlara dolayı yolla böyük təsir göstərir” – deyə, Tural Məmmədov bildirib. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Noyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri