Bu iniversitetlərdə qış imtahan sessiyası BAŞLADI
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bəzi universitetlərdə qış imtahan sessiyası başlayıb.
Bakı Dövlət Universitetindən (BDU) Modern.az-a verilən məlumata görə, 2024/2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası dekabr ayının 28-də başlamaqla beş həftə müddətində keçiriləcək. Bu barədə BDU Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub.
İmtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00-13:00 və 14:00-17:00) keçiriləcək.
Üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2025-ci ilin fevral ayının 3-dən 7-dək şərait yaradılacaq.
Ayrı-ayrı fənlər üzrə auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbələr həmin fəndən imtahana buraxılmayacaqlar.
Dekabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) də 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib.
Universitetdən saytımıza bildirilib ki, imtahan sessiyasında ümimilikdə 12715 bakalavr və 2452 magistrant iştirak edəcək. Payız semestrinin qışimtahan sessiyasında əsas imtahanlar dekabrın 28-dən yanvarın 31-dək davam edəcək.
Baxış sayı:64
Bu xəbər 31 Dekabr 2024 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















