Icma.az
close
up
RU
Bu insanlar 2025ci ildə diqqətli olsun! Astroloqdan AÇIQLAMA

Bu insanlar 2025ci ildə diqqətli olsun! Astroloqdan AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Həyatını, işlərini astrologiya ilə idarə edən insanlar növbəti ili səbrsizliklə gözləyir. Çünki onlar yeni ilin yeni uğurlar gətirəcəklərinə inanırlar. Məlumdur ki, 2025-ci il Yaşıl ilan ilidir.

Bu il kimlərə uğur, kimlərə uğursuzluq gətirəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan astroloq Nərmin Zeynalova bildirdi ki, İlan ili Çin təqvimi ilə bağlıdır və o Qərb təqvimindən fərqlidir.

"İlan ili deyərkən biz Çin təqvimini nəzərdə tuturuq. Çin təqvimi 12 heyvan üzərində qurulub və onlarda tək il deyil, həm də ay, gün, saat bu heyvanların adıyla bağlıdır. Məsələn, Qərb astrologiyası ilə doğum kartı tərtib edəndə biz ulduz, planet, bürclərə diqqət yetiririk. Çinlilərdə isə planet yoxdur. Onlar ümumiyyətlə göyə baxmırlar və onların astrologiyası isə bu 12 heyvan üzərində qurulub. İlan ili biz düşündüyümüz kimi 31 dekabrdan 1 yanvara keçən gecə başlamır. Bu il fevralın dördü qüvvəyə minəcək və 2026-cı ilin fevralına qədər davam edəcək. Təqvimlər fərqli olduğuna görə, Çin ilinin bürclərə təsiri barədə danışmaq düzgün deyil. Bunu bürclərə görə yox illərə görə qərar vermək olar".

Astroloq qeyd etdi ki, İlan ili Donuz və Pələng ilində doğulan insanlar üçün problemlər yarada bilər:

"İlan ilində Donuz və Pələng ilində anadan olan insanlar xüsusilə ehtiyatlı olmalıdır. Burada 2025-ci ilin fevralın 4-dən 2026-cı ilin fevralına kimi olan müddətdən söhbət gedir. Bu illərdə doğulan insanların həyatında problemlər həmişəkindən bir az çox ola bilər. Həyatlarında gözlənilməz dəyişikliklər baş verə bilər. Əgər bu dəyişikliklərin baş verməyini istəmirsinizsə, özünüz dəyişikliklər planlaşdırın və dəyişiklik nə qədər çox olsa, bir o qədər yaxşıdır. Donuz və Pələng ilindən olan insanlara yeni layihələrə başlamağı məsləhət görməzdim. Amma ev dəyişmək, xanımların saçını fərqli rəngə boyaması, evdə mebelin yerini dəyişmək neqativ halların qarşısını ala bilər. Çünki çinlilərdə dəyişiklik və problem enerjisi eynidir. Xoruz və Öküz ilində anadan olan insanlar üçün onlar üçün bu il daha uğurlu olacaq. Çünki ilan bu heyvanlar ilə dostdur və buna görə də onlar üçün müsbət hadisələr baş verəcək".

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Dekabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri