Icma.az
close
up
RU
Bu insanlarda gecə yuxusu zamanı qəfləti ölüm riski olduqca yüksəkdir

Bu insanlarda gecə yuxusu zamanı qəfləti ölüm riski olduqca yüksəkdir

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir çox insanın həyatını kabusa çevirən xoruldama əslində sağlamlıq problemidir. Xoruldamanın qarşısını necə almaqla bağlı cavabı tapmazdan əvvəl xoruldamağa səbəb olan problemləri müəyyən etmək lazımdır.

Saglamolun.az qafqazinfo.az-a istinadla bu məqamda otorinolarinqologiya tibb sahəsi üzrə Gülhane Hərbi Tibb Akademiyasında uzmanlık dərəcəsi qazanmış azərbaycanlı həkim Elnur Əkbərovun müsahibəsini təqdim edir:

- Xoruldamanın əsas səbəbləri nələrdir? Bir çox insanın bəsit bir problem kimi bildiyi xoruldama hansı ciddi xəstəliklərə səbəb ola bilər?

- Xoruldama üst tənəffüs yolları orqanlarının yumşaq toxumalarında vibrator hərəkət nəticəsində meydana gələn akustik təzahürdür. Xoruldama bir neçə xəstəliyin əlaməti ola bilər. Bu xəstəliklər həm tənəffüs yollarının, həm ürək-damar sisteminin, həm nevroloji, həm də pulmonoloji xəstəliklərin əlaməti kimi dəyərləndirilir. Xoruldama müddətində orqanizm hipoksiyadan əziyyət çəkir ki, bu da öz növbəsində orqanizmdə baş verən bütün mübadilə proseslərinə izsiz ötüşmür. Nəticə etibari ilə pasiyentlərdə arteriyal təzyiq problemləri, mübadilə pozulması nəticəsində meydana gələn şəkərli diabet, nevroz kimi problemlərə yol aça bilir.

- Bu problemin aradan qalxması üçün hansı müalicə üsulları effektivdir?

- Xoruldamaya səbəb olan xəstəliyə görə müalicə yöntəmləri müxtəlifdir. Lakin bu xəstəliklərin arasında burun və boğaz xəstəlikləri olduqca mühüm yer tutur. Qulaq, burun, boğaz xəstəliklərindən burun arakəsməsinin əyriliyi, burun boşluğunda yeni törəmələr, damaq badamcıqlarının böyük olması, yumşaq damağın dar və qısa olması kimi səbəbləri xüsusilə göstərmək lazımdır. Tənəffüs yollarının darlığına səbəb olmuş burun və boğaz xəstəliklərinin böyük əksəriyyəti cərrahi yolla aradan qaldırılır. Lakin nevroloji, pulmonoloji xəstəliklər var ki, bunlar dərmanla müalicə olunur. Nisbətən daha az rastlanan mərkəzi mənşəli yuxu apnesinin müalicəsi xüsusi aparatlar vasitəsi ilə həyata keçirilir. Xoruldamanın müasir səbəblərindən biri artıq çəkidir. Bunun müalicəsi ilə endokrinoloqlar və bəzi hallarda isə bariyatrik cərrahlar məşğul olur.  

- Yuxu apnesini vurğuladınız. Xoruldama həm də Obstruktiv (tıxayıcı) Yuxu Apnesi Sindromunun əlaməti kimi bilinir. Yuxu apnesi nədir və nədən qaynaqlanır?

- Xoruldama yuxu apnesinin əsas əlamətlərindən biridir. Xəstəliyin diaqnostikası polisomnoqrafiya dediyimiz müayinə yöntəmi ilə həyata keçirilir. Əldə olunan nəticələrə görə müalicə taktikası dəyişə bilir. Kişilərdə daha çox rastlanan bu xəstəlik olduqca təhlükəlidir. Yuxu apnesi gecə yuxusu müddətində qəfləti ölüm səbəblərindən ən yayğınıdır.

- Xəstə bu sindromdan əziyyət çəkdiyini hansı hallarda bilə bilər?

- Xoruldaması olan pasiyenti adətən ailə üzvləri həkimə gətirir. Pasiyent özü isə xoruldamasının mövcudluğunu səhərlər  yuxudan oyananda boğazda, ağızda quruluq hissi kimi şikayətlə müəyyən edə bilər. Yuxu apnesindən əziyyət çəkən pasiyentdə müayinə zamanı dilçəyin uzandığı, qansızmaların olduğu geniş müşahidə olunan hallardandır.

- Yuxu apnesinin ölümlə nəticələnə bilən xəstəlik olduğunu qeyd etdiniz. Xəstə hansı hallarda ölüm riski ilə üz-üzədir?

- Artıq çəkili, ürək xəstəlikləri mövcud, tütün aludəçisi olan yuxu apneli pasiyentlərdə gecə yuxusu müddətində qəfləti ölüm riski olduqca yüksəkdir. Yuxu apneli pasiyentlərin həyat komfortu olduqca aşağıdır və bu səbəbdən müalicələri mütləqdir.

- Bəzən azyaşlıların da xoruldaması müşahidə edilir...

- Azyaşlılarda xoruldamanın ən çox rastlanan səbəbləri kimi burun-udlaq badamcığı və ya adenoidin böyüməsi, xroniki adenoidit, burun arakəsməsinin əyriliyi, rinitləri göstərmək olar.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri