Icma.az
close
up
RU
Bu İrəvan Bakı arasındakı sülh prosesinə çox ciddi zərbədir Deputat

Bu İrəvan Bakı arasındakı sülh prosesinə çox ciddi zərbədir Deputat

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

"Niderland və Belçikanın parlamentində sülh prosesinə ciddi şəkildə xələl gətirən bir sənəd qəbul edildi. Hesab edirəm ki, hər iki ölkənin parlamentləri arasında eyni vaxtda sinxronlaşdırılmış, əlaqələndirilmiş şəkildə qəbul edilən bu qətnamələr məhz regionumuzda baş verən sülh prosesinə çox ciddi zərbədir. Bu, Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir, bir cəhddir, suverenliyimizə qarşı yönəlmiş qətnamədir. Ona görə də biz bunu qətiyyətlə rədd edirik. Hər iki ölkə parlamentinin qəbul etdiyi qətnamələri rədd edirik".

Ölkə.az  xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Tural Gəncəliyev bildirdi.

Onun sözlərinə görə, təbii ki, parlamentimizin bununla bağlı çox tutarlı açıqlaması və bəyanatı var:

"Eyni zamanda Xarici İşlər Nazirliyi hər iki ölkənin səfirlərini çağırıb, onlara ciddi irad bildirilib. Bilirsiniz, həmin qətnamədə regionumuzda gedən müsbət proseslər, Azərbaycanın humanist jesti, Ermənistana qarşı məhdudiyyətləri aradan qaldırmağımız, Ermənistana göndərilən humanitar yardımlar, Azərbaycan üzərindən keçməklə və yaxud bizim Ermənistana göndərdiyimiz neft məhsulları haqqında bir kəlmə belə qeyd olunmayıb. Təbii ki, bu da qərəzin göstəricisidir. Hesab edirəm ki, adətən demokratiyadan, insan hüquqlarından danışanların özləri ən çox demokratiyanı pozanlar, insan hüquqlarına hörmətsiz yanaşanlar olub. Həmin ölkələrin parlamentlərindən heç vaxt nə müasir dövrdə, nə keçmişdə, nə də yaxın tarixdə yeni müstəmləkəçilik siyasəti və yaxud keçmiş müstəmləkəçilik siyasətləri haqqında danışıldığını görməmişik. Ancaq başqalarına barmaq uzatmaq, başqalarının təqsirini axtarmaqla məşğuldurlar".

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Aprel 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri