Icma.az
close
up
RU
Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür VÜSALƏ MAHİRQIZI

Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür VÜSALƏ MAHİRQIZI

Icma.az, Lent az portalına istinadən məlumat verir.

"Media dini mövzulara həm dövlət-din konsepsiyası, həm dini mövzularda maarifləndirmə, həm də dini manipulyasiya cəhdlərinə qarşı mübarizə konsepsiyasından yanaşmalıdır".

Bunu APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfransdakı çıxışı zamanı deyib.

Vüsalə Mahirqızı bildirib ki, Azərbaycan dinin sağlam şəkildə qorunduğu nadir ölkələrdən biridir: "Azərbaycanda insanların dini həssas hissləri, müqəddəs dəyərlərin siyasi istifadə vasitəsinə çevrilmir. Əksinə, daim maarifləndirmə siyasətin dini məkanlara nüfuz etməməsi ilə bağlı olub".

Vüsalə Mahirqızı vurğulayıb ki, Azərbaycan İslami dəyərlərin, dini kimliyin qorunmasında nümunə ölkədir:

"Konstantinopolun fəthindən sonra Fatih Sultan Mehmet İstanbulun müsəlman türklərin ocağına çevrilməsinin təsdiqi olaraq məscidlər inşa edirdi. İstanbul İslam mədəniyyətinin nadir dini abidələrinin olduğu mərkəzə çevrilirdi. Yeni dövrdə bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür. Diqqət edirsinizsə, Prezidentin işğaldan azad olunan ərazilərimizdə ilk inşa etdiyi abidə məscidlərdir. Bu məscidlər Qarabağ və Şərqi Zəngəzurda bizim milli və dini kimliyimizin təsdiq abidələridir. O minarələrdən yüksələn azan səsi bizim orda olduğumuzu hər gün sərhədin o üzünə xatırladır. Fikrimcə, bu təkcə Azərbaycan üçün deyil, İslam dünyası üçün böyük xidmət, böyük bir yaddaş yenilənməsidir. Bunu edən lider isə İlham Əliyevdir. Fikrimcə, bu nüanslar təkcə mediada yox, elə din xadimlərimizin çıxışlarında da vurğulanmalıdır".

Vüsalə Mahirqızı media ilə ölkədəki dini qurumlar, həmçinin İlahiyyat İnstitutu arasında dialoqunun daimi olmasının vacibliyini vurğulayıb:

"Mediada dini mövzulardan yazanların məlumatlanmalarına ehtiyac var, bu sahədə ixtisaslaşmış peşəkarlar yetişsələr çox yaxşı olar".

Baş direktor vurğulayıb ki, medianın xüsusi həssas yanaşmalı olduğu məsələlərdən biri də nifrət nitqlərinə yol verilməməsidir:

"Bu məsələdən danışarkən, xüsusilə vurğulamaq istədiyim məqam budur. Burda tolerantlıq və qarşılıqlı hörmət vacibdir. Biz sosial şəbəkələrdə bəzən dindarlara qarşı daha tolerant davranış görürük, nəinki dindarlar tərəfindən. Halbuki din əxlaqı səbr, dözümlülük, müxalif fikrə hörmət təbliğ edir. Burda bir həssas məsələni də vurğulamalıyam. Xüsusilə sosial mediada din adı altında xarici kənar təsirlər vasitəsilə xurafatın aşılanması, vətənpərvər hisslərin dini ehtiramla qarşı-qarşıya qoyulması halları müşahidə olunur. Bu, hazırda mənim sosial şəbəkələrdə izlədiyim məsələdir. Kənar təsirlər dini manipulyasiya etməklə dindarlarla bağlı aqressiv görüntü yaratmağa çalışırlar. Əlbəttə, bu məsələlərdə həm media, həm də din xadimləri çox diqqətli olmalıdılar. Biz xarici təsirlərin Azərbaycan sosial media seqmentində yaymaq istədiyi cəhalətə, xurafata, müxtəlif hadisələr zamanı olan manipulyasiya cəhdlərinə qarşı birgə mübarizə aparmalıyıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 İyul 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri