Bu, Kadir İnanırın sağlığında verə biləcəyi qərar deyil
Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyəli mərhum aktyor Kadir İnanırın vəfatından sonra geridə qoyduğu təxminən 1 milyard (35 milyon manat) lirəlik mirasla bağlı müzakirələr davam edir.
Axşam.az xəbər verir ki, aktyorun vəfatından sonra onun 27 illik həyat yoldaşı Jülide Kural ilə qanuni vərəsələri arasında mirasla bağlı hüquqi proses başlayıb. İnanırın 2015-ci ildə bir, 2022-ci ildə isə notariusda iki vəsiyyətnamə hazırladığı məlum olub. Beykoz Məhkəməsində vəsiyyətnamənin açılması ilə bağlı iclas bəzi vərəsələrə rəsmi bildirişlərin çatmaması səbəbindən dekabrın 17-nə təxirə salınıb.
İnanırın bacısı oğlu Levent İnanır vəsiyyətnaməyə etiraz edəcəklərini açıqlayıb. O, sənədin aktyorun səhhətində problemlərin olduğu dövrdə hazırlandığını iddia edib:
"Əmim bizə qalstuk, qol saatı belə qoymadı. Heç vaxt onun bunu edəcəyini təsəvvür etməzdim. Bu, onun sağlam ikən verdiyi qərar deyil. Bu, xəstəliyi zamanı yenilənmiş vəsiyyətnamədir. O, bütün filmlərinin müəllif hüquqlarını, hətta babamdan aldığı miras paylarının bir hissəsini də Jülide Kurala verib".
Jülide Kural isə vəsiyyətnamənin İnanırın öz iradəsi ilə hazırlandığını və hər kəsin onun qərarına hörmət etməli olduğunu bildirib.
Məlumata görə, İnanır son vəsiyyətnaməsində əmlakının və şəxsi kolleksiyalarının böyük hissəsini Jülide Kurala buraxıb. Təxminən 1 milyard lirə dəyərində olduğu bildirilən mirasa bunlar daxildir:
Daşınmaz əmlaklar: İstanbul, Ordu və müxtəlif yaylıq bölgələrdə yerləşən daşınmaz əmlakların ümumi dəyərinin 650 milyon lirə olduğu təxmin edilir.
Nağd vəsaitlər: Banklardakı depozit hesablarında 200 milyon lirədən çox nağd vəsaitin olduğu ehtimal olunur.
Qiymətli əşyalar kolleksiyası: 25-dən çox lüks saat, qızıl alışqanlar, üzüklər və xüsusi qələmlərdən ibarət kolleksiyanın ümumi dəyəri 50 milyon lirədir.
Xüsusi qurbağa kolleksiyası: Dünyanın müxtəlif yerlərindən toplanmış 3 mindən çox qurbağa fiqurundan ibarət xüsusi kolleksiyaya 35 milyon lirə dəyərindədir.
Müəlliflik hüquqları: Sənətçinin karyerası ərzində çəkildiyi 182 kino filmi və 12 serialdan yaranan müəlliflik hüquqları onun vəfatından sonra 70 il ərzində qüvvədə qalacaq və varislərinə ildə orta hesabla 10 milyon lirə müəlliflik haqqı gəliri gətirəcək.
Baxış sayı:69
Bu xəbər 21 Sentyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















