Bu kartofları yeməyin Zəhərlənmə riski var KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Yaz aylarına yaxın evdə saxlanılan kartoflarda cücərmə və qabığın yaşıllaşması halları artır.
KONKRET.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, belə kartofları sadəcə təmizləyib istifadə etmək sağlamlıq üçün təhlükəli ola bilər.
Qida təhlükəsizliyi üzrə ekspertlərin sözlərinə görə, əsas risk kartofun tərkibində olan qlikoalkaloidlər – solanin və çakonin maddələridir. Bu toksinlərin miqdarı işıq, istilik və uzun müddət saxlanma nəticəsində artır. Xüsusilə yaşıl ləkələrdə və cücərtilərdə onların səviyyəsi yüksək olur.
Adi bişirmə üsulları bu maddələri tam məhv etmir. Solanin zəhərlənməsi zamanı qarın ağrısı, ürəkbulanma, qusma və başgicəllənmə kimi əlamətlər yarana bilər.
Mütəxəssislər bildirirlər ki, yumşalmış, güclü yaşıllaşmış və çox cücərmiş kartofdan istifadə etmək olmaz. Kartof qaranlıq, sərin və yaxşı havalandırılan yerdə saxlanılmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 03 Mart 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















