Fransa Ukrayna ilə bağlı Əbu Dabi danışıqlarında iştirak edəcək
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa ölkələrinin nümayəndələri gələn həftə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukrayna ilə bağlı keçiriləcək danışıqlarda iştirak edəcəklər.
APA xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro RTL radiostansiyasına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, Avropa ölkələri danışıqlarda geniş şəkildə təmsil olunacaq.
“Avropa ölkələri danışıqlarda lazımi səviyyədə təmsil olunacaqlar. Fransa da bu müzakirələrdə iştirak etmək üçün Əbu-Dabidə olacaq”, – deyə o vurğulayıb.
Barro Fransanı danışıqlarda kimin təmsil edəcəyinin hələ müəyyənləşmədiyini, lakin ölkəsinin iştirakının dəqiq olduğunu bildirib.
Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Vaşinqtonun noyabrın 10-11-də Əbu-Dabidə Rusiya və Ukrayna nümayəndələrini bir araya gətirəcəyini açıqlayıb.
Danışıqlarda Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması, müharibədən sonrakı təhlükəsizlik təminatları və gərginliyin azaldılması məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 08 Noyabr 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















