Icma.az
close
up
RU
Bu kənddə xəstələnmək qadağan edildi Bələdiyyə başçısından ilginc qərar

Bu kənddə xəstələnmək qadağan edildi Bələdiyyə başçısından ilginc qərar

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

İtaliyanın Cənubi Kalabriya bölgəsində yerləşən və ən kasıb bölgələrdən biri hesab edilən Belcastro kəndində bələdiyyə başçısı Antonio Torçiya kənddə ağır xəstəlik hallarını qadağan edən qərar qəbul edib. 

Qaynarinfo xəbər verir ki, qərara görə, kənd sakinləri arasında təcili tibbi müdaxilə tələb edən xəstəliklərə yoluxmaq rəsmi olaraq qadağan edilib.

Qərarın arxasında nə dayanır?

Antonio Torçiya bu qərarın ciddi olmadığını, əksinə, "şən bir provokasiya" olduğunu bildirib. Məqsəd isə bölgə rəhbərliyinə yerli səhiyyə sistemindəki problemləri göstərməkdir.

Belcastro kəndində yaşayan 1.200 nəfərin hamısı 65 yaşdan yuxarıdır. Ən yaxın təcili tibbi yardım mərkəzi isə kənddən 45 km məsafədə yerləşir və ora yalnız saatda 30 km sürətlə hərəkət etmək mümkün olan dar bir yolla çatmaq olar. Torçiya bildirib ki, bu yolla tibbi yardıma çatmaq ən az xəstəlik qədər risklidir.

Kənddə tibb xidməti çatışmazlığı

Kənddə yalnız bir həkim fəaliyyət göstərir, lakin bu həkimin də iş qrafiki qeyri-müntəzəmdir. O, həftə sonları, bayram günləri və iş saatlarından kənar xidmət göstərmir. Bu vəziyyət kənd sakinlərini ciddi narahat edir.

Yeni qadağalar

Torçiyanın elan etdiyi qadağalar yalnız xəstəliklə məhdudlaşmır. Qərara görə, kənd sakinlərinə aşağıdakılar da qadağan edilib:

* Evi tərk etmək;

* Səyahət etmək;

* Ev qəzasına səbəb ola biləcək fəaliyyətlərlə məşğul olmaq;

* İdmanla məşğul olmaq.

Bu qadağaların necə tətbiq olunacağı hələ ki, məlum deyil. Lakin qərar artıq İtaliya və dünya mediasında geniş rezonans doğurub.

Kalabriyada səhiyyə böhranı

Kalabriya bölgəsinin səhiyyə sistemi uzun illərdir ki, pis idarəçilik və mafiya müdaxiləsi səbəbindən zəif vəziyyətdədir. 2009-cu ildən bəri bölgədə 18 xəstəxana bağlanıb, bu da tibbi xidmətlərin ciddi şəkildə azalmasına səbəb olub.

Bölgədə vəziyyəti yaxşılaşdırmaq üçün 2022-ci ildə Kuba 497 həkim göndərmişdi. Kalabriya valisi Roberto Okkiuto bu həkimlərin bölgədə səhiyyə sistemini xilas etdiyini bildirib.

Belcastro sakinləri Antonio Torçiyanın qərarını düzgün bir mövzuya diqqət çəkmək cəhdi kimi qiymətləndirirlər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri