Bu kəndə getmək mümkün deyil Vəziyyət ağırlaşır
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 42-ci kilometrində aprelin 6-da baş verən torpaq sürüşməsi hələ də aktiv olaraq qalır.
Milli.Az xəbər verir ki, təbii hadisə nəticəsində elektrik dirəkləri yararsız vəziyyətə düşüb, qaz xətlərinə isə ciddi ziyan dəyib.
Sakinlər vəziyyətin olduqca çətin olduğunu bildirirlər:
"Gediş-gəliş mümkün deyil, qazımız kəsilib. Yolun təxminən 300 metr hissəsi tamamilə dağılıb. Alternativ yol açılsa da, oradan istifadə etmək çox çətindir," - deyə kənd sakinlərindən biri qeyd edib. Digər sakin isə əlavə edib ki, avtomobillə hərəkət etmək mümkün deyil və insanlar təxminən iki kilometrlik məsafəni piyada qət etməyə məcbur qalırlar.
Qaz təchizatında yaranmış problemlə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, Quba və Qusar rayonlarında qazsız qalan 287 abonentin təminatını bərpa etmək üçün işlər intensiv şəkildə davam etdirilir və yaxın vaxtlarda problemin tam aradan qaldırılması nəzərdə tutulur.
Avtomobil Yolları Dövlət Agentliyinin sədri Vüsal Nəsirli də hadisə yerində olub. O bildirib ki, ərazidə lazımi araşdırmalar tamamlandıqdan sonra yolun təhlükəsiz və fasiləsiz istifadəsi təmin ediləcək.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 17 Aprel 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















