Icma.az
close
up
RU
Bu kəndimizin adını deyəndə pis məna çıxır Dəyişdirilə bilər

Bu kəndimizin adını deyəndə pis məna çıxır Dəyişdirilə bilər

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanun layihəsinin müzakirəsi baş tutudu. Müzakirələr zamanı bəzi rayon və kəndlərimizin adlarının Azərbaycan dilinə uyğun istifadə olunmadığı müzakirə olunurdu. Qeyd edək ki, dilimizə uyğun olmayan coğrafi adların dəyişdirilməsi məsələsinə Milli Məclisin yanında Toponimiya Komissiyası baxır.

Globalinfo.az xəbər verir ki, komissiya üzvü Nizami Cəfərov “Modern.az”a açıqlamasında bildirib ki, Milli Məclisin Toponimiya Komissiyasının kifayət qədər yer adları ilə işləmək təcrübəsi var:

“70 il ərzində sovet dövründə verilən yer adlarının bir hissəsinin dəyişdirilməsi ilə parlamentdə məşğul olduq. O vaxt mən də Milli Məclisin və bu komissiyanın üzvü idim. Burada bizim çox böyük alimlərimiz işləyirdi və bu ənənə bu gün də davam edir”.

Nizami Cəfərov qeyd edib ki, həmin dövrdə SSRİ zamanı qoyulan adların böyük hissəsi dəyişdirilib:

“Hazırda sadəcə mikro toponimlərdə bu cür adlar qala bilər. Həmçinin xalq dilində işlənən, amma rəsmi statusu olmayan toponimlər də var. Məsələn, Sovetski və Şurabad kimi adlar buna misal ola bilər. Bunların dəyişdirilməsi o qədər də vacib deyil. Çünki bizə bütün tarixi mərhələlərdən adlar yadigar qalıb. Sovet adlarından bəzilərinin qalmasının (əgər strateji deyilsə) elə bir ziyanı yoxdur”.

Onun sözlərinə görə, əhalinin təklifi əsasında yerli icra orqanları xüsusi iclas keçirir, adı təhrif olunmuş ərazilərin yenidən adlandırılması məsələsinə baxılır. Daha sonra təklif Prezident Administrasiyasına, ardınca isə Milli Məclisə göndərilir:

“Milli Məclisə daxil olan təkliflər əvvəlcə Toponimiya Komissiyasına yönləndirilir. Burada müəyyən müzakirələr aparıldıqdan sonra məsələ Regional məsələlər komitəsinə təqdim olunur, orada da müzakirə edildikdən sonra plenar iclasa çıxarılır”.

“Təkliflər birbaşa Prezident Administrasiyasına və ya plenar iclasa göndərilə bilər. Qanunvericiliyə əsasən, baxmaq səlahiyyəti olan bütün qurumlar bu məsələni gündəminə sala bilər. Əsas odur ki, təşəbbüs xalqdan və cəmiyyətin özündən gəlsin. Təkliflər Milli Məclisdən də irəli sürülə və müzakirə edilə bilər”, – deyə o bildirib.

Nizami Cəfərov qeyd edib ki, deputatlar həm təmsil etdikləri rayonların, həm də bütövlükdə ölkənin maraqlarını nəzərə alırlar:

“Milli Məclisin deputatlarının hər biri həm öz bölgəsini, həm də Azərbaycanı təmsil edir. Əgər hər hansı yer adının düzgün olmadığı barədə məsələ ortaya çıxarsa, ona baxılır. Ad estetik deyilsə, tələblərə cavab vermədiyi hallara diqqət yetirilir”.

O bildirib ki, bəzi problemlər adların mənşə və səslənmə fərqlərindən qaynaqlanır:

“Bəzən yerlərin çox gözəl, məzmunlu və tarixi adı olur, amma xalq arasında təhrif olunmuş şəkildə işlədilir. Məsələn, “Yekxana” adlı coğrafi ad var. Biz onu “Yekəxana” kimi tələffüz edirik. “Xana” komponenti ilə yaranan çoxsaylı coğrafi adlarımız var, lakin bunların çoxu fars mənşəlidir və Azərbaycan tarixi ilə ciddi əlaqəsi olduğunu demək çətindir. Ona görə də bu cür adlara ciddi düzəlişlər edilməlidir”.

Alimin sözlərinə görə, etimologiyası aydın olmayan, səslənməsi uyğun gəlməyən və estetik baxımdan qüsurlu adlara da baxmaq lazımdır.

“Biz bu adları mütəxəssis kimi təhlil edirik, mənbələrə baxırıq, lazım gələrsə, əlavə mənbələri də araşdırırıq. Hər bir adın dəyəri öyrənilir və bu zaman “yaxşı” və ya “pis” qiymətləndirilməsi aparılmır”.

Nizami Cəfərov xatırladıb ki, Sovet dövründən qalan bir çox adlar artıq dəyişdirilib. Daha sonra Naxçıvan Muxtar Respublikasında da adların bərpası istiqamətində ciddi işlər görüldü:

“Zaman-zaman bu ərazidə bəzi adların təhrifinə yol verilmişdi. Onların bir hissəsi yeni adlarla əvəz olundu, bəziləri isə fonetik qaydalara uyğunlaşdırıldı. Bütün hallarda dəyişikliklər həmin ərazidə yaşayan insanların təklifləri əsasında həyata keçirildi. Naxçıvanda insanlar yer adlarına çox həssas yanaşır, tarixi təfəkkürləri güclüdür. Ona görə də orada ciddi problem yaranmadı. İcra orqanlarında müzakirələr aparıldı, əsaslandırılmış təkliflər göndərildi və biz onları nəzərdən keçirdik”.

N.Cəfərov qeyd edib ki, yer adlarının dəyişdirilməsi prosesi Lənkəran-Astara-Masallı bölgəsində də həyata keçirilib:

“Bu zonadan gələn təkliflər özünəməxsus idi. Burada həm talış, həm də türk mənşəli sözlər var idi. Spesifik xüsusiyyətlər nəzərə alınmaqla adlara dəyişikliklər edildi. Əgər digər bölgələrdən də bu istiqamətdə təkliflər gəlirsə, biz onlara da diqqətlə baxacağıq”

Sovet dövründə qoyulmuş yer adlarının mahiyyəti:

“Bəzi adlar yeni yaradılmış kənd və şəhərlərə verilib, yəni ondan əvvəl həmin ərazidə coğrafi obyekt olmayıb. Sovet dövründə yaranan bu məntəqələrə ideoloji xarakterli adlar qoyulurdu. Digər tərəfdən, bizim qədim yer adlarımız da o dövrdə ideoloji məqsədlərlə dəyişdirilmişdi. Sonrakı mərhələdə bu adların çoxu bərpa olundu”.
“Yer adının özü də bir mənbədir. O, xalqın yaddaşında yaşayır, həm yazılı, həm də şifahi ədəbiyyatda əks olunur. Bu bizim etnoqrafik ənənəmizin bir parçasıdır. Bəzən fonetik düzgünlük pozulur, biz də həmin hallarda bərpa edirik. Bu prinsiplər indi də qüvvədədir”.

Toponimiya Komissiyasının üzvü əlavə edib ki, hələlik komissiyanın növbəti iclası keçirilməyib.

“İclas keçirildikdə hörmətli akademik İsa Həbibliyin rəhbərliyi ilə təqdim olunan təkliflərə baxacağıq. Orada həm yaşlı, həm də gənc nəsildən olan mütəxəssislər – dilçilər, tarixçilər və coğrafiyaçılar iştirak edəcəklər. Mövcud təcrübəni və elmi əsasları nəzərə alaraq yeni adlarla bağlı təklifləri diqqətlə dəyərləndirəcəyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Oktyabr 2025 00:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviakompaniyalar Aİ rəhbərliyindən sərhəd yoxlamalarının yumşaldılmasını istəyir

01 İyul 2026 09:43see348

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

02 İyul 2026 08:06see340

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see304

“Vudi”nin missiyası dəyişdi Uşaqları ekrandan ayıracaq

01 İyul 2026 06:21see292

Qanunun keşiyində: 2 İyul Azərbaycan Polisi Günüdür

01 İyul 2026 12:58see284

Almaniyanın Rheinmetall şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək

01 İyul 2026 05:24see244

DÇ 26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA

01 İyul 2026 10:00see240

Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var FOTO

01 İyul 2026 01:04see227

Paolo Maldiniyə İtaliya millisində vəzifə təklif olunub

01 İyul 2026 05:12see209

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see203

Yaddaşlara həkk olunan “Məzun günü”

01 İyul 2026 16:51see183

Mbappe Messiyə yaxınlaşdı Dünya çempionatlarında 18 ci qol

01 İyul 2026 03:08see181

Meksika Ekvadora qarşı

01 İyul 2026 05:00see180

MOİK ə 280 manat cəza

02 İyul 2026 01:55see176

Həddindən artıq istilərdə nə yeməli, nə içməli ? Düzgün qidalanma

01 İyul 2026 22:45see176

İndoneziyada hərbi hazırlıq proqramı faciədən sonra dayandırıldı

01 İyul 2026 04:17see170

Minatəmizləmə, səhiyyə və kəndlər üçün ayrıca 20 milyon avro...

02 İyul 2026 04:16see168

Serialdakı gəlinlik manifest oldu Evlənəcək

01 İyul 2026 03:30see165

Kanada “Avroviziya”ya qoşulub

01 İyul 2026 18:58see164

Stomatoloq dövrü sona çatır: Dişlərimizi robotlar düzəldəcək

01 İyul 2026 22:36see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri