Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bir neçə ildir ki, internetdə və sosial şəbəkələrdə “İran şahının hərəmləri” başlıqlı fotolar və məqalələr paylaşılır. BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, fotolara və məqaləyə əsasən, guya İran şahı Nasirəddin şah Qacarın zövqü belə olub və ümumiyyətlə, Şərqdə gözəllik məfhumu, sarayda hərəmlər, əsasən, belə qadınlarla dolu imiş.
Amma az-maz tarix oxuyan, xüsusən Qacarlar dövrünü araşdıranlar bilir ki, İran öz gözəl qızları ilə Şərqdə və dünyada məşhur olub. Ağa Məhəmməd Şah Qacarın anası o qədər gözəl olub ki, İrana səfər edən fransız səyyah bu qadını Şərqin ən gözəl qadını adlandırmışdı.
İnternetdə və sosial şəbəkələrdə yayılan fotolarla bağlı fikir və mülahizələr fərqlidir. Amma bizim fikrimizcə, ən uyğun fikir məhz budur:Fotolardakı “qadınlar” İrandakı ilk dövlət teatrının kişi-aktyorlarıdır. Bu teatr Avropa mədəniyyətini çox sevən Nasirəddin şahın əmri ilə təşkil olunub. Teatr 1890-cı ildə Dar-əl-Fünun texniki məktəbin bazasında yaradılıb.
İranın ilk dövlət teatrı hesab edilən bu teatrda saray əhli üçün satirik pyeslər səhnələşdirilir, teatrların tamaşaçıları da saray əyanları olurdu. Teatrın təşkilatçısı Mirzə Əli Əkbər Xan Nəqqaşbaşı idi.O, müasir İran teatrının banilərindən biri hesab edilirdi. O dövrlərdə qadınlara səhnədə çıxış etmək qadağan olunduğu üçün qadın rollarını kişilər ifa edirdilər. İranda ilk dəfə 1917-ci ildə teatr səhnəsinə qadın aktyor çıxıb.
Bu, əslində, fotoları izah edən ən real versiyadır. Diqqətli tamaşaçılar Sovet dövründə lentə alınan filmləri yadına sala bilər. Bu filmlərdə də kişi aktyorların səhnədə qadın obrazını canlandırma məsələsi təsvir edilib.Bununla belə, məsələ ilə bağlı səhv versiyalar irəli sürənlər də var. Onlardan biri Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun tədqiqatçısı, baş elmi işçi, tarix elmləri namizədi Boris Vasilyeviç Dolqovdur.
Onun fikrincə, sözügedən fotolarda qadınlar təsvir olunub:“Şübhəsiz, şah hərəmxanasında belə qadınlar olub. Amma onları gizli saxlayıblar. Tük məsələsinə gəldikdə, çox güman ki, hərəmxana sahibinin bığlı qadınlardan xoşu gəlib. Köklük isə gözəllik simvoludur”.
Çox güman ki, bu məqalədən sonra sosial şəbəkə istifadəçiləri sonuncu versiyanın səhv olduğunu, sözügedən fotolardakı “bığlı-saqqallı qadınlar”ın, əslində, qadın rolu ifa edən kişi aktyor olduğunu başa düşəcək...
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Bu mövzuda digər xəbərlər:“Nasirəddin Şah Qacarın qızları” kitabı çapdan çıxıb
02 Aprel 2025 19:44
Azərbaycanı birləşdirən Ağa Məhəmməd şah Qacarın cəsədi niyə iki yerə bölündü? (VİDEO)
27 İyul 2026 08:39
Yer əslində necə yaranıb? ŞOK ARAŞDIRMA KONKRET
22 Avqust 2026 17:28
Amerika əslində hansı ölkəni vuracaq: İranı, yoxsa?.. ARAŞDIRMA
27 Yanvar 2026 10:09
Nurlan Həsənov, əslində, kimin qohumudur? ARAŞDIRMA (VİDEO/FOTO)
29 Oktyabr 2025 10:18
Baxış sayı:231
Bu xəbər 06 Sentyabr 2026 05:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















