Icma.az
close
up
RU
YAP ümumxalq partiyası kimi yüksək nüfuza malikdir

YAP ümumxalq partiyası kimi yüksək nüfuza malikdir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Sentyabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının XI konfransı keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının tarixi inkişaf yolu partiyanın yüksək nüfuza malik olduğunu təsdiqləyir. Ötən müddət ərzində Yeni Azərbaycan Partiyasına təşkilati potensialı daha da güclənmiş, cəmiyyətdə nüfuzu və siyasi çəkisi əhəmiyyətli dərəcədə artmışdır.

Çıxış edən Naftalan Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov bildirib ki, xalqın böyük etimadını qazanan Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. Qeyd olunub ki, Naftalan şəhərində sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq istiqamətində mühüm layihələr həyata keçirilir. O, YAP şəhər təşkilatının bu proseslərdə fəal iştirak etdiyini vurğulayıb.

Milli Məclisin deputatı Bədəl Bədəlov çıxışında qeyd edib ki, müasir dövrdə Azərbaycan həm regionda, həm də beynəlxalq alamdə söz sahibi olan, dinamik inkişaf edən qüdrətli bir dövlət kimi nüfuzunu gündən-günə artırır. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII Qurultayı partiyanın fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması və ideoloji işin müasir standartlar səviyyəsində qurulması baxımından mühüm dönəm olmuşdur: “Qurultaydan ötən dövr ərzində partiya sıralarının kəmiyyət və keyfiyyətcə zənginləşməsi, gənclərin və ziyalıların fəal təmsil olunması YAP-ın artan nüfuzundan xəbər verir”.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov bildirib ki, YAP Naftalan şəhər təşkilatının hesabat dövründə həyata keçirdiyi fəaliyyət ümumilikdə müsbət dəyərləndirilir: “Ərazi partiya təşkilatları ilə işin əlaqələndirilməsi və üzvlərin fəallığının artırılması istiqamətində görülən işlər təqdirəlayiqdir. Əminik ki, Naftalan şəhər təşkilatı bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasına layiqli töhfə verəcəkdir”.

“İslam Həsənzadə küçəsi  20” ərazi partiya təşkilatının sədri, Naftalan Şəhər Uşaq Musiqi Məktəbinin direktor əvəzi Tünzalə Zöhrabova, “Heydər Əliyev Prospekti 204” ərazi partiya təşkilatının sədri, Naftalan Şəhər İmadəddin Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Fuad Zamanov, gənc partiya fəalı Murad Rzayev çıxışlarında dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin yeni mərhələdə uğurla davam etdirildiyini, gənclərin, ziyalıların və müxtəlif peşə sahiblərinin partiya sıralarında fəallığının daha da artdığını qeyd ediblər.

Konfransda YAP Naftalan şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Sentyabr 2026 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri