Bu küçədə yenidənqurma işləri tamamlanmaq üzrədir FOTO VİDEO
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) "Ağ şəhər" yol infrastruktur layihələri çərçivəsində Süleyman Vəzirov küçəsinin bir hissəsində - Xəqani Rüstəmov küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan ərazidə apardığı yenidənqurma işlərini yekunlaşdırmaq üzrədir.
Bakıvaxtı.az agentliyə istinadən xəbər verir ki, uzunluğu 1100 metr olan sözügedən küçənin hərəkət hissəsinin eni 14 metr təşkil edir.
Yenidənqurma işləri çərçivəsində avtonəqliyyat vasitələrinin parklanmasının təmin edilməsi məqsədilə 2,5 metr enində xüsusi parkinq zolaqları yaradılıb.
Ərazidə yeni asfalt-beton örtüyü döşənib, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforlar və siqnal dirəkləri quraşdırılıb.
Hazırda mövcud piyada səkilərinin bərpası, zəruri yerlərdə yenilərinin inşası, 5 metr enində yeni piyada səkilərinin tikintisi, eləcə də səki hissələrinin bəzək daşları (tamet) ilə örtülməsi işləri yekunlaşmaq üzrədir.
"İnşaat Norma və Qaydaları"nın tələblərinə uyğun olaraq, zəruri ərazilərdə yol nişanlarının quraşdırılması, yol cizgilərinin, yolgöstəricilərin və piyada zolaqlarının çəkilməsi işləri də aparılacaq. Küçənin sözügedən hissəsi yaxın müddətdə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 17 Dekabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















