Bu küçəyə motosikletlərin girməməsi üçün lent çəkildi, piyadalara maneə yarandı FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Artıq uzun müddətdir ki, Bakının bir sıra mərkəzi küçələrində piyadalaşma istiqamətində addımlar atılır. Bu addımlar sayəsində bu gün paytaxtın bəzi küçələrində avtomobillər piyadaların hərəkətinə maneə yaratmır. Əziz Əliyev küçəsi bu istiqamətdə ilk örnək küçə oldu. Ötən ildən bu küçənin piyadalaşdırılması ərazidə müxtəlif tədbirlərin də keçirilməsinə şərait yaratmış olub.
Avtosfer.az xəbər verir ki, bu gün Səbail rayonu Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində yaranan problem şəhər sakinlərinin narazılığına səbəb olub. Belə ki, avtomobillərin hərəkəti üçün bağlanan küçəyə dipçəklər sədd kimi düzülüb. Lakin bu dipçəklər arasında məhdudlaşdırıcı lentlərin də olması piyadaların da hərəkətini çətinləşdirir. Çünki Əziz Əliyev küçəsindən Azərbaycan Dövlət Kukla Teatrı istiqamətində yolu keçmək istəyən piyada məcbur qalıb düzülən dipçəklərin başına fırlanır.
Sakinlər sosial şəbəkələrdə vəziyyətdən narazılığını bildirib aidiyyəti qurumlardan problemin tezliklə həll edilməsini tələb edirlər.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 01 Dekabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















