Bu liseyə xanım direktor təyin EDİLDİ
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Salyan Peşə Liseyində yeni təyinat olub.
Redaktor.az xəbər verir ki, Arzu Əliyeva Sübhan Rahim oğlu Cəbrayılov adına Salyan Peşə Liseyinin direktoru vəzifəsinə təyin edilib.
Arzu Əliyeva 2012-ci ildə Bakı Avrasiya Universitetində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Dövlət İqtisad Universitetində ‘’Dövlət və bələdiyyə idarəetməsi’’ ixtisası üzrə əlavə təhsil alır.
Əmək fəaliyyəti dövründə Saatlı və Salyan rayonlarının ümumi təhsil müəssisələrində müəllim, direktor müavini və direktor vəzifələrində çalışıb.
2024-cü il 30 aprel tarixində Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub, 2025-ci il 15 iyun tarixindən isə həmin məktəbin direktoru vəzifəsində fəaliyyətini davam etdirib.
Yeni vəzifəsində Arzu Əliyevaya uğurlar arzulayırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 09 İyul 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















