Icma.az
close
up
RU
Bu markaların avtomobillərini alarkən diqqətli olun Tıxaca səbəb olurlar

Bu markaların avtomobillərini alarkən diqqətli olun Tıxaca səbəb olurlar

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Yollardakı tıxaclar, xüsusən səhər və axşam pik saatlarda yaranan sıxlıq hamımızı bezdirən əsas hallardan biridir. Müşahidələr göstərir ki, yollarda tıxacların yaranmasının səbəblərindən biri hansısa avtomobilin xarab olmasıdır.

Bəs görəsən, hansı avtomobillər daha çox xarab olur və texniki baxışa tez-tez ehtiyac duyur?

Nəqliyyat eksperti Elməddin Muradlı Lent.az-a açıqlamasında bildirib ki, sürücülər avtomobillərə vaxtında qulluq etmədikləri üçün tıxaclar yaranır:

"Texniki nasaz avtomobillərin yollarda qalması halları son vaxtlar daha çox müşahidə edilir. Bunun əsas səbəbi odur ki, sürücülər nəqliyyat vasitələrinə vaxtında texniki qulluq göstərmirlər, yola çıxmamışdan əvvəl avtomobilin texniki sazlığına əmin olmurlar, yoxlamırlar. Bu da digər sürücülərin əziyyət çəkməsinə səbəb olur. Konkret olaraq, hansısa marka avtomobilin adını hallandırmağı düzgün hesab etmirəm, çünki ən son modelin belə, elektrik sistemindəki problemə, hansısa texniki nöqsana görə yolda sönüb qalması halı yarana bilər. Sözsüz ki, burada təsadüfi hadisələr də olur, amma təhlillərimizə əsasən deyə bilərəm ki, bizdə sürücülər nəqliyyat vasitələrinə texniki qulluq göstərmək anlayışından uzaqdırlar. Onlar niyəsə gözləyirlər ki, avtomobil tam xarab olsun, sürülə bilməyəcək vəziyyətə çatsın, sonra ustaya aparsınlar. Təbii ki, bu, belə olmalı deyil. Dövrü texniki müayinə, qulluq mütləq vaxtında həyata keçirilməlidir".

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə Lent.az-a açıqlamasında əksinə bildirib ki, avtomobillər tıxaclar səbəbindən xarab olur:

“Bakı şəhərində avtomobillərin daha çox xarab olması tıxaclarda baş verir. Saatlarla yolda qalan, sıxlıqla hərəkət edən avtomobillərdə müəyyən fəsadlar peyda olur. Əsasən mühərrikin qızması, soyutma sistemindəki problemlər avtomobillərdə nasazlıq yaradır”.

Avtomobil ustası Sahil Ağabəyli Lent.az-a açıqlamasında markalar üzrə avtomobillərdə yarana biləcək problemlər barədə danışıb:

“Bəzi avtomobillər var ki, onunla uzaq yola çıxarkən texniki baxışdan keçirməyə ehtiyac yoxdur, çünki o, güvənlilər sırasındadır. Bu, markadan asılı olaraq dəyişir. Məsələn, “Chevrolet Cruze” ilə uzaq yola çıxmamışdan qabaq mütləq onun istilik sistemini ilə bağlı məsələlərini, pərini, termostatını yoxlamaq, radiator barmaqlarını isə suyla yumaq lazımdır. Çünki bu marka avtomobillər ən çox qızma şikayətləri ilə ustaya aparılır. “Hyundai” markalı avtomobillərin isə yağına, soyutma sisteminə xüsusi diqqət yetirmək lazımdır. “Audi” markasında adətən sürət qutusu ilə bağlı problemlər yaranır. Bütün bu istisnalarla yanaşı,  bütün avtomobillərdə yola çıxmazdan əvvəl ümumi texniki baxış keçirilməlidir. Avtomilə 5000 km yürüş verilibsə və 4000-i sürülübsə, mütləq mühərrikin yağını dəyişmək lazımdır. 70-80% yürüş olduqdan sonra yağ təcili şəkildə yenilənməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Noyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri