Bu market yararsız məhsullar SATIRMIŞ
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Astara rayonu, Burzubənd kəndində fəaliyyət göstərən Cəmilə Əli qızı Əliyevaya məxsus "Hacıoğlu" marketdə keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
Milli.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, marketdə istifadə müddəti bitmiş ümumi çəkisi 49 kiloqram müxtəlif növ qida məhsulu müəyyən edilib, həmçinin satışda olan yağ məhsullarının saxlanma temperaturuna əməl olunmadığı aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar məhv edilib.
Milli.Az

Bu restoranda istehlaka yararsız məhsullar aşkarlandı
11 Mart 2025 13:09
Bərdədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
30 Aprel 2025 10:02
Topdansatış mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
18 İyun 2025 15:20
Keşlə bazarında istehlaka yararsız məhsullar aşkarlanıb
08 İyul 2025 11:37
İdxal olunan istehlaka yararsız məhsullar məhv edilib
31 Yanvar 2025 15:59

