Zeytun aptekləri cərimələndi DƏRMANI QİYMƏTİNDƏN BAHA SATIRMIŞ
Icma.az bildirir, Modern.az portalına istinadən.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Zeytun Pharmaceuticals" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 221.3. maddəsinə əsasən protokol tərtib edib.
Modern.az xəbər verir ki, şirkət “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.7. maddəsini pozub.
Belə ki, "Zeytun Pharmaceuticals" MMC dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 221.3. maddəsinə əsasən “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə vəzifəli şəxslər 1 000 - 1 500 manat, hüquqi şəxslər 3 - 5 min manat məbləğdə cərimə edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:596
Bu xəbər 09 İyul 2026 03:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















