Icma.az
close
up
RU
Bu məhsullar sizi ÖLÜMƏ APARIR ŞOK XƏBƏRDARLIQ

Bu məhsullar sizi ÖLÜMƏ APARIR ŞOK XƏBƏRDARLIQ

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Kolbasa, sosis və digər hisə verilmiş ət məhsulları gündəlik qidalanmada geniş istifadə olunsa da, onların tərkibi və insan sağlamlığına təsiri ciddi narahatlıq doğurur. Bu tip emal olunmuş ət məhsullarının tərkibində kanserogen - yəni xərçəng yaradan maddələrin olması elmi araşdırmalarla sübut olunmuş faktdır".

Bu sözləri Musavat.com-a açıqlamasında diyetoloq-həkim Ləman Süleymanova deyib.

Mütəxəssis qeyd edib ki, bu maddələr orqanizmə mənfi təsir göstərir, uzunmüddətli istifadə zamanı isə sağlamlıq üçün ciddi risklər yaradır:

"Təəssüf doğuran məqamlardan biri də odur ki, bazarda bu məhsullar bəzən "halal" adı altında satışa çıxarılır. İnsanların dini inanclarından istifadə edilərək məhsullara etibar qazandırılır, lakin bəzi hallarda bu etimadın arxasında şübhəli və ya mənşəyi bilinməyən xammal dayanır. Məlumdur ki, kolbasa və sosis istehsalında maya dəyərini azaltmaq məqsədilə ucuz ətlərdən, hətta bəzi hallarda eşşək və ya at əti kimi fərqli mənşəli xammaldan istifadə oluna bilər. Bu isə yalnız etik məsələ deyil, həm də ciddi bioloji və istehlakçı hüquqları baxımından pozuntu sayılır.

Kolbasa məhsullarının quruluşu da istehlakçı üçün müəyyən ipucları verir. Əgər məhsul çox yumşaqdırsa, bu, onun tərkibində yüksək ehtimalla donuz piyinin olmasından xəbər verə bilər. Çünki donuz piyi digər heyvan piyləri ilə müqayisədə daha ucuzdur, emal zamanı daha tez əriyir və ət kütləsiylə asanlıqla birləşərək məhsula yumşaqlıq verir. Halbuki mal ətinin piyi soyuducuda bərkiyir və daha dənəvər strukturda qalır. Digər tərəfdən, mal əti nisbətən bahalı olduğu üçün bəzi istehsalçılar məhsulun həcmini artırmaq və maya dəyərini azaltmaq məqsədilə ucuz ətlərdən və keyfiyyətsiz piylərdən istifadə edirlər. Məhsulun dadını və qoxusunu gizlətmək üçün isə müxtəlif dadlandırıcılar və qatqılar əlavə olunur. Bu, istehlakçının məhsulun real tərkibini hiss etməsinin qarşısını alır. Xüsusilə təhlükəli məqam hisə verilmə prosesində ortaya çıxır. Donuz piyi və digər doymuş yağlar yüksək temperaturda emal edildikdə aromatik karbohidrogenlər kimi tanınan kanserogen maddələr əmələ gətirir. Bu maddələr insan orqanizmində xərçəng riskini artırır. Eyni zamanda bu tip qatqılar bağırsaqlardakı faydalı bakteriyaların sayını azaldır, nəticədə immun sistemi zəifləyir və müxtəlif xəstəliklərə qarşı müqavimət aşağı düşür.

Beynəlxalq xərçəng araşdırmaları ilə məşğul olan qurumlar emal olunmuş ət məhsullarını - o cümlədən kolbasa, sosis və hisə verilmiş ətləri - birinci qrup kanserogen maddələr siyahısına daxil ediblər. Bu isə o deməkdir ki, onların xərçəng yaratma riski yüksəkdir və bu risk elmi cəhətdən birbaşa əlaqə ilə təsdiqlənib".

Ləman Süleymanova vurğulayıb ki, araşdırmalara görə, gündəlik qidalanmada hətta kiçik miqdarda belə bu məhsulların istifadəsi xüsusilə yoğun bağırsaq xərçəngi riskini təxminən 15–20 faiz artırır.

Bəs bu məhsullardan tam imtina etmək mümkündürmü?

Mütəxəssis suala bu cür cavab verib:

"Emal olunmuş ət məhsullarından uzaq durmaq ən sağlam seçimdir. Lakin reallıqda bir çox insan bu vərdişlərdən tam imtina edə bilmir. Səhər yeməyində sosis və ya kolbasa axtarışı, bu məhsulların dad və qoxusuna alışqanlıq bunun əsas səbəblərindəndir. Belə hallarda ən azı istehlakı minimuma endirmək tövsiyə olunur. Məsələn, bu tip məhsulları yalnız ayda bir-iki dəfə, xüsusi hallarda istifadə etmək daha məqsədəuyğundur. Eyni zamanda qidalanma rasionunda balans yaratmaq vacibdir. Əgər sosis və ya kolbasa istehlak olunursa, onun yanında limon və digər sitrus meyvələrinin istifadəsi müəyyən qədər faydalı ola bilər. Sitrus məhsulları antioksidant xüsusiyyətlərə malikdir və qismən də olsa, zərərli maddələrin təsirini azaltmağa kömək edir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Aprel 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri