Bu məhsulu satanlar cərimələnəcək
Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Közərmə lampalarını satanlar cərimələnəcək.
Metbuat.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, növbəti ildən dükan və bazarlarda bu cür lampalara rast gəlməyəcəyik. Çünki bu məhsullar öz yerini enerji baxımından daha sərfəli olan led lampalara verəcək. Energetika Nazirliyinin sektor müdiri Əli Salmanlı bildirir ki, proses mərhələli şəkildə aparılacaq.
Nazirlik rəsmisinin sözlərinə görə, bu qadağada ən birinci və vacib məqsəd təhlükəsizlik və enerji sərfiyyatının azaldılmasıdır. Çünki közərmə lampaları qiymətdə ucuz olsa da, enerji və iqtisadi baxımdan səmərəsiz hesab edilir.
Qərarın qüvvəyə mindiyi tarixdən yəni, gələn ilin yanvarından bu qaydanı pozan sahibkarlara, hüquqi və vəzifəli şəxslərə cərimə tətbiq olunacaq. Közərmə lampası istifadə edən vətəndaşlar üçün isə cərimə nəzərdə tutulmayıb. Cəriməni tətbiq edəcək qurumun müəyyənləşməsi və digər mexanizmlər üzərində də iş gedir.
Daha ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 06 İyun 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















