Tağıyev: Məktəb filmi Ən yaxşı rejissor mükafatını qazanıb
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Zaur Qasımlının "Tağıyev: Məktəb" filmi VI "Korkut Ata" Türk Dünyası Film Festivalında "Ən yaxşı rejissor" nominasiyasının qalibi olub.
Bakıvaxtı.az xəbər verir ki, mükafat festivalın bağlanış mərasimində rejissor Zaur Qasımlıya təqdim edilib.
Məlumat üçün qeyd edək ki, film böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan "Tağıyev" filminin sonuncu - dördüncü hissəsidir.
Bakı Media Mərkəzinin istehsalı olan ekran işində XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur.
Layihə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Kino Agentliyinin dəstəyi, "Neqsol Holding", "Kapital Bank", "Bakcell" və "Norm" şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 07 Noyabr 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















