“Bu məktəb Azərbaycan Türkiyə dostluğunu daha da möhkəmləndirəcək” Emin Əmrullayev
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri hər zaman xüsusi önəm daşıyır. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Bakı Türk Anadolu Liseyi Əhmədli Korpusunun açılış mərasimində səsləndirib.
O qeyd edib ki, bu məktəbin açılışı həm Azərbaycanın, həm də Türkiyənin gənclərinə yeni imkanlar yaradacaq: “Bu məktəb İstanbulda yaşayan Azərbaycan və Türkiyə gəncləri üçün təhsil imkanlarını genişləndirəcək və ölkələrimiz arasındakı təhsil əməkdaşlığını gücləndirəcək. Məktəbin əsas missiyası yalnız bilik vermək deyil, həm də dəyərlər görmək və insan yetişdirməkdir”.
Nazir vurğulayıb ki, bu layihə eyni zamanda Azərbaycan-Türkiyə universitet əməkdaşlığının və təhsil sahəsindəki birgə təşəbbüslərin davamıdır. “Məktəb gənclərimizə öz bacarıqlarını inkişaf etdirmək, həmçinin dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirmək üçün şərait yaradacaq”, – deyə E.Əmrullayev əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 22 Sentyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















