Icma.az
close
up
RU
Faiq Qismətoğlu yazır... Cahangir Məmmədli yazır

Faiq Qismətoğlu yazır... Cahangir Məmmədli yazır

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cahangir MƏMMƏDLİ
BDU Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Mən Azərbaycan jurnalistikasında, bütövlükdə media sistemində öz yazı üslubu, publisistik yaradıcılığı ilə ictimai rəydə ayrıca yeri olan Faiq Hüseynov - Faiq Qismətoğlu haqqında yazıma bu başlığı nahaqdan seçmədim. Bu başlıq Faiqin uzun müddətdən bəri votsap ünvanının göstəricisi kimi çoxumuza tanışdır. Və yaradıcılığa başladığı zamandan özünə imza seçdiyi "Qismətoğlu" sözünün də qəribə taleyi var. Bu qəribəlik birbaşa Tanrı sevgisilə bağlıdır: Ulu Tanrı Faiqi 1956-cı il iyulun 1-də həmin o cavan Qismətə qismət payı vermişdir. Qismətdən Qismətə belə bir oğul payının Tanrı vergisi özünü çox tez doğrultmuşdu: Füzuli rayonunun Böyük Bəhmənli kəndində doğulan bu Tanrı qisməti 1973-cü ildə həmin kəndin orta məktəbini bitirib, 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti)  Jurnalistika fakültəsinə daxil olub. Mən Faiqin bioqrafiyasının bu cümləsindən sonrakı faktlarını bir müəllim - şahid formatında qeydləri bu bioqrafiyaya baxmadan özüm davam etdirmək istərdim.

Əvvəlcə onu deyim ki, hər hansı bir ali məktəbin fakültəsində təhsil alan yüzlərlə tələbənin heç də hamısı müəllimin yadında qalmır. Yalnız o tələbə birbaşa müəllimin yaddaşına yazılır ki, həmin tələbə özünün təhsilə marağı, Universitetin, fakültənin ictimai işlərindəki fəallığı ilə diqqət çəkir. Yaradıcı fakültələrin tələbələri isə həm də öz ixtisasına elə tələbəlik illərindən maraq göstərmələri ilə yadda qalırlar. Şəxsən bir müəllim kimi tələbəni öz yaddaşıma köçürmək prosesi onun yaradıcılığa sevgisi ilə formalaşır. Mənim belə tələbələrim çox olub və onların içərisində Faiq də ayrıca yer tutur. Təhsil aldığı Jurnalistika fakültəsinin hələ birinci kursundan özünü jurnalist kimi göstərən Faiq Hüseynov fakültəni bitirəndən dərhal sonra Bakı Radio zavodunda nəşr olunan "İmpuls" qəzetində müxbirliyə başladı. 1990-cı il iyulun 25-dən "Ədalət" qəzetində şöbə müdiri vəzifəsində çalışmaqdadır. O da yaxşı yadımdadır ki, ədəbi-bədii, publisistik yaradıcılığı ilə hələ lap cavan vaxtlarında Azərbaycan ədəbi-ictimai fikrində böyük hörmət qazanmış Aqil Abbas həmişə özünün bitirdiyi Filologiya və Jurnalistika fakültələri ilə qırılmaz əlaqələr yaratmışdı. Məhz elə yəqin buna görəydi ki, bir gün məndən "İmpuls" qəzetinin müxbiri Faiq Hüseynovun yaradıcılıq xarakterini, fakültənin necə qiymətləndirdiyini soruşdu. Mən Faiqin elə o vaxtlardan yetkin bir jurnalist olduğunu mənə inanan Aqil Abbasa söylədim. Və cəmi bir neçə gün sonra Aqil Abbasın yaratdığı və bu gün də fəaliyyət göstərən "Ədalət" qəzetində Faiqin  - Faiq Qismətoğlunun məhsuldar yazılarını izləməyə başladım.

Mən bu yerdə bir daha Qismətə qismətin Tanrı sevgisinə qayıtmaq istərdim: Tanrı Faiqə elə bir iş yeri, elə bir qəzet qismət elədi ki, bunun elə təkcə ünvanı Tanrı sevgisinin əyani ifadəsi oldu: "Ədalət". Aqil Abbasın ədalətinin canlı ifadəsi olan "Ədalət" qəzeti öz yaradıcı kollektivinə daha bir ədalətli jurnalist qəbul elədi...

Jurnalistikamızda faəliyyət göstərən hər kəs yəqin ki, Faiq Qismətoğlunun "Ədalət" qəzetindəki yaradıcılığına bələddir. Şəxsən mən də həm bir oxucu kimi, həm də Faiq yaradıcılığının pərəstişkarlarından biri kimi bu imzanı daim izləyirəm. Həm də ona görə ki, "Ədalət" qəzeti özünün tipoloji xarakteri ilə mənə doğma bir mətbuat orqanıdır. Faiqin bu qəzetdə indiyədək ən azı 6-7 min yazısı dərc olunub. Bu yazılar təkcə günün ən aktual mövzularını əks etdirməklə deyil, həm də bu mövzulara Faiqin orijinal üslubu onları oxunaqlı edir.

Əlbəttə, Faiq "Ədalət" də şöbə müdiridir. Onun bu vəzifəsi təkcə öz yazılarını deyil, həm də qəzetin digər əməkdaşlarının da yazılarına məsuliyyət daşıması ilə diqqət çəkir. Faiq öz yaradıcılığına mükəmməl fərdi üslub və problemə yanaşma ustalığı ilə maraq doğurur. O, müraciət etdiyi hər bir mövzunun hansı janrda daha dolğun ifadəsinə xüsusi diqqət yetirir. Bu mənada Faiq daha çox publisistikaya güvənir. Onun problemə publisistik yanaşması oxucuda xüsusi maraq doğurur. Jurnalistin publisistik yazıları sırasında "Beyin axını", "Gülməli və ağlamalı", "Sənə yol göstərərəm", "Kəndinə oxşayan adam" kimi əsərləri problemin publisistik ümumiləşdirilməsi ilə birbaşa maarifçiliyə xidmət edir.

Faiq Qismətoğlunun "Qardaş", "Nazirdən, Komitə sədrindən akademik olmaz", "Usta Zeynal və ...", "Bir ömrün tablosu", "Bizi niyə aldadırlar?", "Məktəb zavod deyil, cənablar!", "Saralmış yarpaqlar", "Onlar sanki bir mələkdi", "Dünyanın ən yaxşı adamı", "Səssiz ölüm" kimi yazıları elə sərlövhələrindən müəllifin - publisistin müşahidə bacarığını, tematika zənginliyini sübut edir.

Mən hələ Faiqin tələbəlik illərindən onun yüksək mütaliə həvəsini hiss etmişdim. Klassik və müasir bədii ədəbiyyata marağı onu bədii yaradıcılığa da sövq etmişdir. Bu həvəs onu "Düyün" kimi maraqlı bir povest, "Sədr atı" və s. kimi hekayələr toplusu olan "Düyanın o üzü" kitabının ərsəyə gəlməsinə səbəb olmuşdur. Elə bədii ədəbiyyata güclü həvəsindən gələn bir faktdır ki, Faiq özünün həm publisistikasında, həm də votsap ünvanında poeziyamızın Məmməd Araz, Ramiz Rövşən, Seyran Səxavət kimi ustadlarından gətirdiyi poetik sətirlərə söykənərək günün aktual problemlərini gündəmə gətirməkdədir.

Faiq yaradıcılığı məktəbə, müəllim obrazına, təhsilə çox bağlıdır. Onun belə bir fikri var: "Biz bütün uğurlarımız üçün göydə Allaha, yerdə müəllimlərə borcluyuq". Faiqin bu düşüncəsi onun müəllim əməyi ilə bağlı bütün yazılarının leytmotividir. O da təsadüfi deyil ki, lap bu yaxınlarda Azərbaycanın orta məktəblərində özünü göstərən məzun buraxılışı Faiqi bərk kövrəltmişdi... Elə bu hissləri ilə bağlı bir esseni də beləcə adlandırmışdı: "Elə kövrəldim ki..." Faiq bu kövrək essesində orta məktəb məzunlarına xitabən özünün yarım əsr bundan əvvəl Böyük Bəhmənli kənd orta məktəbindəki məzun gününü xatırladır və müasir gəncləri məktəb həyatını sevməyə, qədəm qoyduqları yeni həyatda özlərini qurmağa çağırır. Essenin əsas istiqaməti yenə də şagird-müəllim münasibətlərinə yönəlir və müəllim müqəddəsliyinin şagirdlərə nümunə olduğuna xüsusi diqqət yetirilir.

Faiqin bu essesini oxuyub mən özüm də orta məktəbi bitirdiyim günü xatırlayıb kövrəldim. Beləcə, Faiq qələmə aldığı bütün yazılarında hər kəsi düşünməyə, Vətənin, xalqın, Azərbaycanımızın qədrini bilməyə və bu xoşbəxt çağımızın ədəbi olmasına xidmət etməyə çağırır və Faiqin bu çağırışa haqqı var. Çünki özü bu günlərdə tamam olan 70 illik ömrünü məhz bu ideallarla yaşamışdır.

Faiq harda olursa-olsun kollektivdə seçilən və bəyənilən iş yoldaşıdır. "Ədalət" qəzetinin yaradıcı kollektivi onu ən əziz adamları kimi qəbul edirlər. Faiq 46 il bundan əvvəl bizim Jurnalistika fakültəsini bitirib. Amma onun tələbəlik illərindən yarım əsr keçməsinə baxmayaraq, özünü həmişə bu fakültənin tələbəsi hesab edir.

Faiq atası Qismətin ocağında və Bakı Dövlət Universitetində Vətənə sevgi ilə böyüyüb və tərbiyə alıb. Birinci və İkinci Qarabağ döyüşlərində ən fəal jurnalist kimi iştirak edib, Vətən müharibəsinin cəbhə xəttindən neçə-neçə canlı reportajları "Ədalət"in səhifələrinə işıq üzü görüb.

Uşaqlıq və gənclik illərini Füzulidə yaşamış Faiq bu doğma torpağın düşmən tərəfindən işğalı zamanı da, Böyük Zəfərimizdən sonra burda başlanan bugünkü quruculuq çağında da hər bir füzulili kimi, həm də bir jurnalist kimi doğma torpağın sakinlərinin yanında olub. Faiqin publisistik yazılarının ən çoxu bu doğma torpağa həsr olunub. Elə bu yazılara görə publisist "Dan ulduzu", "Qızıl qələm" mükafatlarına, "Əməkdar jurnalist" adına layiq görülüb.

Mən də Faiqi həm bir müəllim kimi, həm də jurnalist həmkarım kimi 70 illik yubileyini təbrik edir, ona yeni-yeni yaradıcılıq illəri arzulayıram.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://525.az
archiveBu xəbər 29 İyun 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri