Icma.az
close
up
RU
“Bu mənada mənim üçün Laçınla bağlı mənəvi xəritə tamamlanır...”

“Bu mənada mənim üçün Laçınla bağlı mənəvi xəritə tamamlanır...”

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, bu gün Laçın şəhərinin işğaldan azad edilməsindən beş il ötür. 

Laçın şəhərinin Ağbulaq kəndində doğulub boya-başa çatan yazıçı Şərif Ağayar Adalet.az-a açıqlamasında öz xoş təəssüratlarını bölüşdü.

Yazıçı bildirib ki, Laçınla bağlı hissləri indi çox qarışıqdır:

“Təbii ki, sevinc hissi keçirirəm. Yəni nə qədər ki, Laçına getmək imkanı yox idi içimdə bir yarımçıqlıq, natamamlıq var idi. Vətən elə bir şeydir ki, ola bilər sən orda yaşamayasan, ümumiyyətlə heç getməyəsən, amma yenə də o yerində olmalıdır. Yəni sənin düşüncəndə bir əminliyin olmalıdır ki, vətən yerindədir. Bu mənada doğulduğun yurda təkcə coğrafi məkan kimi baxmaq olmaz. O həm də bir mənəvi coğrafiyadır, bütöv olmalıdır. Bütöv olmadıqca insanın xasiyyətində, hadisələrə münasibətində, yaşayışında mütləq bir travma, narahatlıq olur. Bu mənada mənim üçün Laçınla bağlı mənəvi xəritə tamamlanır. İnanın elə gün olmaz ki, ora yada düşməsin. Hətta gündə 10-15 dəfə yadıma düşür. Deyirsən ki, kaş orda olardım. Yəni yaş irəlilədikcə insanın bu arzusu gənclikdən fərqli olaraq daha da şiddətlənir. 

2020-ci il dekabrın 1-də Laçın işğaldan azad edildi. Üç ay iyirmi gün sonra, mart ayında mən kəndimizdə idim. 2021-ci ilin Novruz bayramında həyətimizdə idim. Bizim kənd Laçın şəhərindən 57 kilometr şimalda yerləşir. Yəni şəhərdən çox aralıdır, Dəlidağ tərəfdədir. Kəndimiz demək olar ki, dağılıb. Elə evlər var ki, çardağı qalır, amma qalmasa ondan yaxşıdır. Yəni heç kim o evlərə girib yaşaya bilmir”. 

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://adalet.az
archiveBu xəbər 01 Dekabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri