Icma.az
close
up
RU
Bu mənada Romao Qarabağ ı yaxşı tanıyır Araz Bağırov

Bu mənada Romao Qarabağ ı yaxşı tanıyır Araz Bağırov

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya"nı mübarizədən kənarlaşdıran (1:0, 5:1) "Qarabağ" turnirin pley-offunda "Ferentsvaroş" ilə üz-üzə gələcək. Məşqçi Araz Bağırovla əlaqə saxlayıb təmsilçimizin bu rəqiblə mücadiləsindən nə gözlədiyini soruşduq.

Hazırda "Difai"ni çalışdıran mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:

"Açığı, "Ferentsvaroş"un indiki vəziyyəti barədə dərin məlumatım yoxdur. Amma baş məşçilərinin Robbi Kin olduğunu öyrənəndən sonra onun necə komanda qura biləcəyi barədə müəyyən fikirlərim yarandı. Ehtimal edirəm ki, təmsilçimiz aqressiv, dinamik futbol sərgiləyən, oyunun çox hissəsində pressinq etməyi sevən komanda ilə üz-üzə gələcək. "Ferentsvaroş" böyük ehtimalla, evdə çıxacağı ilk oyunda məhz belə futbolla nəticə qazanmağa çalışacaq. Təbii ki, ilk qarşılaşmadakı nəticə ikinci matçdakı oyun planını dəyişə bilər. 

Rəqibin dayaq yarımmüdafiəçisi Julio Romaonun yaxın keçmişdə "Qarabağ"ın əsas heyət üzvü olması Macarıstan təmsilçisinin işinə yaraya bilər. Bilirsiniz niyə? Biz "6 nömrə"dən danışırıq. Oyunun tempini qaldıran da, salan orta xətt oyunçularıdır. Bu mənada Romao "Qarabağ"ı çox yaxşı tanıyır. Əks-cəbhədə səni yaxından tanıyan biri varsa, bu, əlavə çətinliklər yarada bilər. Eyni zamanda hazırda "Qarabağ"da olan Kadi də "Ferentsvaroş"da oynayıb. Yəqin ki, o da cinah hücumçusu Nəriman Axundzadəyə, Abdullah Zubirə və ya təmsilçimizin müdafiə xəttinə ayrı-ayrı oyunçuların fərdi keyfiyyətləri barədə məlumat verəcək. 

Çox istərdik ki, "Qarabağ" "Ferenstvaroş"u mübarizədən kənarlaşdıraraq Çempionlar Liqasının Liqa mərhələsində oynamaq hüququ qazansın və bütün yerli futbolsevərləri sevindirsin. Hazırda şansların 50-nin 50-yə olduğunu düşünürəm və "Qarabağ"a uğurlar arzulayıram".

Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını 27-də Bakıda keçirəcək.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://fanat.az
archiveBu xəbər 14 Avqust 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri