Icma.az
close
up
RU
Bağırov əsəbiləşdi: “Bu, pis mənada futbolçuları sındırmaqdır”

Bağırov əsəbiləşdi: “Bu, pis mənada futbolçuları sındırmaqdır”

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilən “Zirə” – “Kəpəz” (2:0)  matçından sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Dünəndən gəldik, getdik. Oyunun vaxtını təyin etdilər sonra dəyişdirdilər. Bu gün də elə. İdman camiəsində çalışanlar bilir ki, bu, futbolçulara necə təsir edir. 12:30-da oyunçular çörək yeyir. 15:30-dan buradayıq. 19:00-da da matç başladı. Yəni oyunun keçirilməsiylə bağlı böyük problemlər yaşadıq. Oyuna gəlincə, çox söz deməyə ehtiyac yoxdur. Özünüz gördünüz. Rəqibi təbrik edir və uğurlar arzulayıram.

– Sizcə, şərtlər hər iki tərəf üçün eyni deyildi?
– Xeyr, eyni deyil. Hətta artıq biz bura çatanda xəbər etdilər ki, matç saat 18:00-a keçirilib. Biz də geri dönüb və yenidən bura qayıtmışıq. Halbuki biz artıq Zirəyə çatmışdıq. Futbolçular 2-3 saat gəziblər, kofe içiblər. Biz səfər komandasıyıq və məşq etməyə meydança tapa bilmədik. Hər yer qar olduğuna görə. Dünən komanda yenə məşq etməyib. Bu gün isə palçıqlı meydançaya çıxır. Hər halda bu, insan faktorunu mənimsəməkdir. Futbolçu 2 gündür məşq etmir, palçıqda çətin oyuna çıxır və nəzərə də alınmır ki, bu, 12:30-da yemək yeyib, saat 19:00-da isə oyuna çıxır. Bunların hamısı düşünülməli idi. “Zirə” burada bərpasını keçəcək. Amma biz yenidən geri dönüb, 3-4 gün sonra isə yenidən buraya gəlməliyik. Faktiki olaraq bu, futbolçuları istifadə eləməkdir. Pis mənada futbolçuları sındırmaqdır. Bizim “Zirə” kimi geniş heyətimiz yoxdur. Şükürlər olsun ki, bu gün yalnız Mahamadu Ba zədələndi. Çox şey danışmaq olar, amma bir az incə məqamlar var. Futbolçu da insandır. Oyun keçirəcək deyə bunu sındırmalı, travma verməli deyilsən. İndi zədəlilərimiz var. 2 gün məşq etmə, çıx oyuna necə olacaq?! Belə…

Mirkamal Kazım

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Fevral 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri