“BU MƏNİM DOSTUMDUR” Trampla Putinin görüşü keçirildi (Video)
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Donald Tramp və Vladimir Putin APEC sammiti çərçivəsində Şençjendə qapalı görüş keçiriblər.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, görüş təxminən 40 dəqiqə davam edib. Daha sonra Si Cinpinlə üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır. Bir gün əvvəl Tramp Putinlə Ukrayna ilə müharibəni müzakirə edəcəklərini söyləmişdi. "Bu kimdir? Bu mənim dostumdur", - deyə Tramp görüş otağına girərək Putinə tərəf gedəndə deyib. Daha sonra onun qulağına nəsə pıçıldayıb.
Rusiya Xarici işlər naziri Sergey Lavrov, Putinin köməkçisi Yuri Uşakov, Maliyyə naziri Anton Siluanov və Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev danışıqlarda iştirak ediblər.
Amerika tərəfdən isə görüşə Dövlət katibi Marko Rubio və Maliyyə naziri Skott Bessent qatılıb. "Uzun illərdir əla münasibətlərimiz var. Bir-birimizi uzun müddətdir tanıyırıq. Düşünürəm ki, bu görüş çoxlu xeyir gətirə bilər - ya da heç olmasa bunun üçün zəmin yarada bilər. Amma düşünürəm ki, nəticələr olacaq", - deyə Amerika Prezidenti bildirib.
“AzPolitika.info”
Baxış sayı:115
Bu xəbər 19 Noyabr 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















