Bu məsələ inandırıcı görünmür Qurban Qurbanov
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 34-cü turunda "Araz-Naxçıvan"a 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib ki, texniki səhvlər çox olub: "Amma ümumən yaxşı diqqət, konsentrasiya var idi. Qələbə qazanmaq istəyirdilər. Futbolçularımın oyuna yanaşmasından razı qaldım. Bəzi oyunçular oyun ritmindən uzaq idilər. Amma 90 dəqiqə ərzində qalib gəlmək üçün xeyli güc sərf etdilər. Rəqibə uğurlar arzu edirəm".
Mütəxəssis bildirib ki, yerli çempionatda yaxşı legionerlər var: "Mənim diqqətimi cəlb edənlər var. Amma əfsuslar olsun ki, o oyunçular özləri öz komandalarının aparıcı oyunçularıdır. Ona görə buna ciddi yanaşmırıq. Bəzən inam olur, gözləyirsən. Sonda alınmayanda, gec olur. Daha çox istəyirik ki, kənardan oyunçu dəvət edək. Hər bir halda, daim hər bir legionerin oyununu nəzərimizdə saxlayırıq. Sadəcə klublar elə formalaşıb ki, klub rəhbərləri ilə münasibətimiz var və bəzən danışırıq ki, bizim oyunçulara dəyməyin(gülür). Ona görə bu məsələ inandırıcı görünmür".
Q.Qurbanov Tahir Gözəlin "Kubok bitdikdən sonra Qurban Qurbanovla oturub transferlərlə bağlı danışacağıq" sözlərinə belə deyib: "Yekun olaraq ətraflı müzakirə edirik sonda. Amma ümumi iş rejimimizi saxlamırıq ki, mövsümün sonundan sonra başlayacağıq. Rahat proses deyil. Mütləq şəkildə işimizi, danışıqlarımızı davam etdiririk. Hələ qəti heç nə yoxdur ki, kimləsə razılaşdıq. Amma yenə vaxtımız var. Diqqətimizi qarşıdakı oyunlara yönəltmişik".
Baxış sayı:86
Bu xəbər 11 May 2025 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















