Icma.az
close
up
RU
“Bu məsələdən Ramiz Mehdiyevin iyrənc iyi gəlir”

“Bu məsələdən Ramiz Mehdiyevin iyrənc iyi gəlir”

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

“Mənim şəxsi həyatımın indi gedən proseslərə nə dəxli var ki. Bu, mənim şəxsi həyatımdır. Nikahdankənar oğlumun olduğunu danmıram. Sözünü hər zaman düz deyən və ləyaqətini gözləyən bir kişi kimi demişəm ki, bəli, mənim belə romanım olub və bundan bir uşaq doğulub. Bu məsələnin mənim yoldaşımdan başqa heç kimə dəxli yoxdur. O da bu məsələni bilir, ona bunu mən özüm demişəm”.

Bunu Musavat.com-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı nikahdankənar oğlunun olması ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.

O bildirib ki, bu əhvalata görə həyat yoldaşından zamanında üzr istəyib və xanımı onu bağışlayıb:

“Bu hadisədən sonra həyat yoldaşımla 40 il bərabər ömür sürmüşük. Bu xəbərlərdən Ramiz Mehdiyevin iyrənc üfunətinin iyi gəlir. Düşünürəm ki, belə məlumat sızmalarının arxasında Ramiz Mehdiyev dayanır. Məni nə bu, nə də bundan betər başqa bir əhvalat yolumdan döndərəcək. Mən Ramiz Mehdiyevə 25 il bundan öncə xain, şərəfsiz demişəm. O, Azərbaycan xalqının, müstəqilliyinin düşmənidir. Bu əhvalatı üzə çıxarmaqla, haqqımda məlumat sızdırmaqla, yazılar yazdırmaqla susdurmaq xəyalı yaşayan Ramiz Mehdiyevin xəyalı ürəyində qalacaq. Məgər bu qisasdır? Kişinin kişi ilə mübarizəsinin də bir xətti, motivi olar.

Ramiz Mehdiyev, mən bir dəfə də olsun sənin şəxsi həyatına müdaxilə etmişəm? Heç etmərəm də. Heç kimin şəxsi həyatına ömür boyu müdaxilə etmərəm. Azərbaycan vətəndaşının şəxsi həyatı dövlətin qanunları ilə qorunur. 1987-ci ildə oğlum İlqarın anası ilə tanış olanda mən siyasətdə deyildim. Sovet hökumətinin yaşayan dövrü idi. Mən o qadınla bir roman yaşadım. 40 ildən sonra bunu üzə çıxarmaq ayıbdır. Bu məlumatı mətbuata verən də ən şərəfsiz adamdır. Mən belə adamlarla mübarizə aparmıram.

Əgər mənim bir qadınla münasibətim olubsa və oğlum doğulubsa, onu niyə gizlədim ki? Şəxsi həyatımın kimə dəxli var? Mənim baxışlarımı, siyasətlə bağlı fikirlərimi müzakirə etsinlər. 40 il bundan öncə yaşananları üzə çıxarmağın nə mənası var? Mən zamanında o uşağa qayğımı göstərmişəm. 10-15 ildir ki, nə onunla, nə də anası ilə əlaqəm var. Ehtiyac duyub mənimlə əlaqə saxlamırlar, mən də onlarla əlaqə saxlamıram”.

Qeyd edək ki, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının nikahdankənar oğlunun olduğu üzə çıxıb. Oxu24.com saytının özəl mənbədən əldə etdiyi məlumata görə, həmin şəxs 1987-ci il təvəllüdlü Ağamalıyev İlqar Fəzail oğludur. Ailədə onu daha çox Oleq kimi çağırdıqları üçün bu adla daha çox tanınıb. Almaniyadakı mənbənin sayta verdiyi məlumata görə, İlqarın anası rus əsilli qadındır. Onlar 80-ci illərin sonunda Bakı şəhərində tanış olublar. Bu münasibətdən bir oğlan övladı dünyaya gəlib.

Fəzail Ağamalının rəsmi nikahda olan həyat yoldaşı bu məsələni bildikdən sonra ailədə ciddi problemlər yaşanıb. Bu səbəbdən də F.Ağamalı oğlunu və qeyri-rəsmi münasibətdə olduğu qadını Bakıdan çıxarmağa məcbur olub. O, uşağı və qadını Rusiyanın Sankt-Peterburq şəhərinə göndərib.

CityPost.az saytının yazdığına görə, ana və övlad uzun müddət orada yaşadıqdan sonra İlqarın təhsil alması məqsədi ilə Almaniyaya köçüblər. Son illər orada yaşayırlar. İlqar Ağamalıyev hazırda biznes fəaliyyəti ilə məşğuldur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri