Icma.az
close
up
RU
Bu məsələni bir daha qaldırmayın! Parlamentdə MÜBAHİSƏ

Bu məsələni bir daha qaldırmayın! Parlamentdə MÜBAHİSƏ

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Naxçıvanla bağlı dəyişikliklərə tarixi zərurət var.

Hurriyyet.az xəbər verir ki, bunu Milli Məclisdə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsinin müzakirəsi zamanı spikerin müavini Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, bu dəyişikliklərin mahiyyəti Naxçıvan Konstitusiyasında Azərbaycanda olduğu kimi idarəetmənin bölüşdürülməsidir.

"Lakin bu indiyədək praktikada özünü göstərməmişdi. Bundan sonra isə Prezidentin nümayəndəliyinin orada olması prosesi praktikada da reallaşdıracaq".

Vitse-spiker qeyd edib ki, yeni dəyişikliklər, həmçinin Naxçıvanın sosial-iqtisai inkişafına müsbət təsir edəcək. 

Ziyafət Əsgərov Naxçıvanın muxtariyyətinin ləğvini dəstəkləyən Qüdrət Həsənquliyevə də cavab verib.

"Qüdrət müəllim siz bu məsələni dəfələrlə qaldırmısınız. Bu predment deyil. 1992-ci ildə siz bunu etdiniz bəs nə oldu, Heydər Əliyev ora gəlməsəydi, Allah eləməsin, hər şey daha fərqli olardı. Siz baxın Naxçıvan hansı ölkələrlə qonşudur. Bəziləri düşünür ki, Naxçıvanın muxtariyyəti əlindən alınmalıdır, çünki Azərbaycan unitar ölkədir. Muxtariyyətin olması unitarlığa xələl gətirmir. Bəli, Zəngəzur dəhlizi açılacaq, dəmir yolu da çəkiləcək. Amma Naxçıvana dəmir yolunun çəkilməsi o demək deyil ki, muxtariyyət ləğv olunacaq. Xahiş edirəm, bu məsələni bir daha qaldırmayın!".

Bunun ardınca Qüdrət Həsənquliyev söz istəyib: "Zamanında mən bu parlamentdə çıxış edib deyəndə ki, Naxçıvanda Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hakimiyyətlərin bölgüsü prinsipi öz həllini tapmayıb, Ziyafət müəllim çox uğurla bunun tam əksini sübut etməyə çalışırdı. Stenoqramlarda bu çıxışlar var. Zamanla burada mənim qaldırdığım çox məsələlər sonradan öz əksini tapıb. Ümid edirəm ki, Naxçıvanın muxtariyyəti ilə bağlı məsələ də nə vaxtsa öz həllini tapacaq. İkincisi isə, təklif vermək, təşəbbüslə çıxış etmək nə vaxtdan qəbahət hesab olunub? Mən dedim ki, ictimai müzakirələr açılsın, xalqımız bunu qəbul edəcəksə edəcək, etməyəcəksə də etməyəcək. Buna görə də doğrudan da məsuliyyətli olmaq lazımdır".

Ziyafət Əsgərov isə cavab olaraq bildirib ki, Qüdrət Həsənquliyev həmişə Naxçıvanın muxtariyyət statusunun ləğvini dəstəkləyib: "Mən isə ləğv olunmamasını müdafiə etmişəm".

Modern.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 İyun 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri