Icma.az
close
up
RU
Cinayət Məcəlləsinə dəyişiklik parlamentdə mübahisə yaratdı

Cinayət Məcəlləsinə dəyişiklik parlamentdə mübahisə yaratdı

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Mən bu qanun layihəsinə birinci oxunuşda əleyhinə səs vermişdim, indi də əleyhinə səs verəcəm. Mənim demək istədiyim məsələ beynəlxalq hüquq, Konstitusiyamız və cinayət qanunvericiliyi arasındakı nisbətlə bağlıdır. Tamamilə doğrudur ki, beynəlxalq müqavilələrlə yerli qanunvericilik arasında ziddiyyət yarandıqda, Konstitusiyamızın müvafiq icraedici maddəsinə əsasən hüquqi üstünlük milli qanunvericiliyə verilir. Lakin cinayət qanunvericiliyinin özünəməxsus xüsusiyyətləri var və burada dövlətlərin suveren hüquqları müstəsna rol oynayır. Çünki əməlin cinayət hesab edilib-edilməməsi, həmin cinayətin hansı təsnifata aid edilməsi, cəzanın aşağı və yuxarı hədlərinin müəyyən olunması birbaşa dövlətin suveren səlahiyyətlərinə daxildir”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Erkin Qədirli Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi haqqında danışarkən deyib.

Deputat qeyd edib ki, beynəlxalq müqavilədə, yəni müvafiq konvensiyada, cinayətin cəzasının dörd ildən başladığına dair müddəalar mövcud ola bilər, lakin bu, Azərbaycan dövləti üçün cinayətlərin təsnifatına yenidən baxılması ilə bağlı heç bir məcburi öhdəlik yaratmır. Azərbaycan cinayət qanunvericiliyində cinayətlərin təsnifatı cinayət hüququnun əsas prinsiplərinə uyğun şəkildə müəyyən edilib və bu baxımdan burada hər hansı problem yoxdur.

“Üstəlik, beynəlxalq müqavilələrin hamısı istər-istəməz kompromis nəticəsində formalaşır. Hüquq sistemləri arasında, xüsusilə də cinayət hüququ və cinayət qanunvericiliyi sahəsində ciddi fərqlər mövcuddur. Məsələn, biz kontinental hüquq sisteminə aidik və bu sistemdə cinayətin tərkibi dörd ünsürdən ibarətdir: obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət.

Anglo-sakson hüquq sistemində isə cinayətin tərkibi iki əsas ünsür üzrə müəyyən edilir: mental element və material element. Bütün bu fərqliliklər nəzərə alınaraq, beynəlxalq müqavilələr məhz kompromis xarakteri daşıyır və anlayışlar bu çərçivədə formalaşdırılır.

Bu səbəbdən mən həmin sahədə hər hansı problem görmürəm. Məsələnin mahiyyətini daha ətraflı izah etməklə vaxtınızı almaq istəmirəm, çünki bu, tamam başqa səbəblərlə bağlıdır”.


Qeyd edək ki, Q. Həsənquliyev çıxışı zamanı Konstitusiyanın 151-ci maddəsinə əsasən beynəlxalq müqavilələr qanunlardan üstün hüquqi qüvvəyə malik olduğunu qeyd edib və ziddiyyət yarandıqda beynəlxalq müqavilələr tətbiq olunduğunu vurğulayıb.

“Əgər 4 il və daha artıq azadlıqdan məhrumetmə cəzası ağır cinayət hesab olunursa, deməli, Cinayət Məcəlləmizi bu qanunvericiliyə uyğunlaşdırmalıyıq. Açığı, bilmirəm biz buna hazırıqmı, yoxsa yox. Çünki ağır cinayət işlərinin sayı artarsa, məhkəmələrdə iş yükü də xeyli artacaq. Amma əgər konvensiyanı ratifikasiya etmişiksə, qanunvericiliyimizi də uyğunlaşdırmalıyıq”.

O qeyd edib ki, normativ hüquqi aktlar haqqında qanuna görə terminlər eyni cür qəbul və tətbiq edilməlidir. Yəni “ağır cinayət” anlayışını iki fərqli formada qanunvericilikdə saxlaya bilmərik.

“Ümumiyyətlə, kibercinayətkarlıqla bağlı təşəbbüsü 270-ci maddə ilə deyil, əgər tövsiyə olunursa, müvafiq orqanlarla birlikdə ayrıca müzakirə etmək daha məqsədəuyğun olar”.


Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də Qüdrət Həsənquliyevin təklifləri ilə razılaşmayıb:

“Hörmətli həmkarlar, kibercinayətlərlə bağlı cəzaların sərtləşdirilməsi mövqeyi hazırda hüquq ictimaiyyətində mövcuddur. Vaxtilə Cinayət Məcəlləsi qəbul olunanda sanksiyalar elə də sərt deyildi, üç ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulurdu. Çünki o dövrdə vəziyyət indiki kimi deyildi.

İndi isə hamımız razıyıq ki, kibercinayətlərin həm sayı, həm də formaları artıb və bu, ciddi narahatlıq doğurur. Buna adekvat yanaşma ortaya çıxır. Yəni prinsip etibarilə Qüdrət müəllimin mövqeyini bölüşürük. Sadəcə tətbiq mexanizmi üzərində düşünmək lazımdır. Çünki ağır cinayət kateqoriyasına aid edilərsə, iş yükü artacaq. Bunun doğuracağı nəticələri də hesablamalıyıq.

Anlayışlarla bağlı məsələyə gəldikdə isə qeyd etməliyəm ki, cinayət-prosessual qanunvericiliyə daxil edilən yeni anlayışlar – təxminən altı-yeddi anlayış – birbaşa konvensiyanın mətnindən götürülüb. Onların üzərində aylarla iş aparılıb, xüsusi işçi qrupu çalışıb. Bu anlayışlar artıq qəbul və ratifikasiya etdiyimiz beynəlxalq konvensiyanın terminləridir və cinayət-prosessual məcəlləyə köçürülür” – o qeyd edib.

Qeyd edək ki, layihəyə əsasən Elektron sübutların toplanması hüquqi çərçivəyə salınır, məhkəməyədək icraatın və məhkəmə icraatının elektron qaydada aparılması proseduru müəyyənləşir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Fevral 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri