Icma.az
close
up
RU
“Gəlin bir az məsuliyyətli olaq” Parlamentdə MÜBAHİSƏ

“Gəlin bir az məsuliyyətli olaq” Parlamentdə MÜBAHİSƏ

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qüdrət müəllim burada muxtariyyət məsələsini qaldırdı. Siz bu məsələni həmişə qaldırırsınız. Naxçıvanın muxtariyyəti müzakirə predmeti deyil”.

Yenisabah.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu vitse-spiker Ziyafət Əsgərov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsinin müzakirəsi bildirib. 

“1992-ci ildə siz hakimiyyətdə olanda bu məsələni qaldırdınız. Nə baş verdi? Allah üzümüzə baxdı ki, Heydər Əliyev gəldi və Naxçıvanda Ali Məclisin sədri oldu. Olmasaydı nə olacaqdı? Naxçıvan MR-ə muxtariyyət statusunun verilməsi məhz Heydər Əliyevin ustalığı nəticəsində Naxçıvan ərazisinin itirilməsinin qarşısını aldı. Təsəvvür edin, bir dənə Sədərək rayonu İran, Ermənistan və az qismi Türkiyə ilə həmsərhəddir. Biz bu muxtariyyəti ləğv edək və ataq kimlərin ağuşuna? Başa düşürəm, deputat dediyi sözə görə məsuliyyət daşımır, amma gəlin bir az məsuliyyətli olaq. 

Bir də bu söz çox təkrar olunur ki, Azərbaycan unitar dövlətdir və onun tərkibində muxtariyyət ola bilməz. Bu, qətiyyən yanlış fikirdir”, - deyə Ziyafət Əsgərov qeyd edib.

Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, doğrudan da deputat da, vitse-spiker də danışanda məsuliyyətli olmalıdır: “Zamanında mən bu parlamentdə çıxış edib deyəndə ki, Naxçıvanda Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hakimiyyətlərin bölgüsü prinsipi öz həllini tapmayıb, Ziyafət müəllim çox uğurla bunun tam əksini sübut etməyə çalışırdı. Stenoqramlarda bu çıxışlar var. Zamanla burada mənim qaldırdığım çox məsələlər sonradan öz əksini tapıb. Ümid edirəm ki, Naxçıvanın muxtariyyəti ilə bağlı məsələ də nə vaxtsa öz həllini tapacaq. İkincisi isə, təklif vermək, təşəbbüslə çıxış etmək nə vaxtdan qəbahət hesab olunub? Mən dedim ki, ictimai müzakirələr açılsın, xalqımız bunu qəbul edəcəksə edəcək, etməyəcəksə də etməyəcək. Buna görə də doğrudan da məsuliyyətli olmaq lazımdır”.

Ziyafət Əsgərov isə həmkarının fikri ilə razılaşmayıb: “Siz həmişə Naxçıvanın muxtariyyətinin ləğvini tələb etmisiz, mən isə hər zaman Naxçıvanın muxtariyyətini müdafiə etmişəm. Götürün stenoqramlara baxın”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 İyun 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri