Icma.az
close
up
RU
“Bu model uğurlu bir model hesab oluna bilər”

“Bu model uğurlu bir model hesab oluna bilər”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

“Müasir dövr onu göstərir ki, turizmin inkişafında müəyyən qədər kazino biznesinin də rolu var. Kazino biznesi ölkələrə o zaman fayda verməyə başlayır ki, onu tam nəzarət altında saxlayasan və onun lisenziyaları, icazələri yüksək qiymətdə olur. Məsələn, uğurlu Sinqapur modelindən sonra bir sıra ölkələr, hətta Birləşmiş Ərəb Əmirliklərində də bu yaxında kazinoların açılmasıyla bağlı icazələr veriləcək”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov deyib.

A.İbrahimov bu sahədə uğurlu nümunələrin mövcud olduğunu qeyd edib: “Gürcüstan nümunəsini göstərmək olar. Məsələn, xarici investorlar tərəfindən 1 il ərzində 2-3 milyard investisiya cəlb olunur. Mən onun şahidi olmuşam ki, Ərəb ölkələrindən qonaqlar bura gəlib, 1-2 gün burada gəzib, buradan kazino oyunlarında iştirak etmək üçün Gürcüstana gedirlər. Azərbaycanda onu etmək üçün müəyyən nəzarət olsa, ölkə iqtisadiyatına xeyir verəcək. Bununla bağlı qanun layihəsi də artıq qəbul olunub. Bu, tək qanun layihəsi ilə olan məsələ deyil, ciddi bir mexanizm qurulmalıdır. İnzibati Xətalar Məcəlləsində hüquqi şəxslər, fiziki şəxslər və vəzifəli şəxslərlə bağlı ayrıca cərimələr tətbiq olunub, Cinayət Məcəlləsində bununla bağlı maddələr var. Sonra çirkli pulların yuyulması ilə bağlı müvafiq qanunvericilikdə bununla bağlı maddələr var. Bir sıra vergi qanunvericiliyində də bu məsələlərə tənzimləmələr gətirilməlidir və s. Yəni bu, yeni bir sahə olacaq və ciddi biz mexanizm olmalıdır. Həmin mexanizm yaxşı işləyərsə, ölkə iqtisadiyyatına xeyir verməyə başlayacaq”.

O, Gürcüstan modelini təhlil edərək deyib ki, orada 25 yaşından aşağı şəxslər kazino oyunlarında iştirak edə bilmirlər: “Sosial durumu aşağı olan ailələrdən olan şəxslər kazino oyunlarına buraxılmır, əgər orada iştirakı müəyyən olunarsa, onu çox ciddi cəza gözləyir. Həmçinin orada çirkli pulların yuyulması məsələsi var. Dövlət onu da nəzarət altında saxlamalıdır. Əgər nəzarət altında olarsa, bu model uğurlu bir model hesab oluna bilər”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 31 İyul 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see365

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see364

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see295

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see259

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see241

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see215

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see205

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see203

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see198

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see191

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see190

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see187

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see185

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see178

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see177

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see175

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see166

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see160

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see148

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri